Tahmini Okuma Süresi:
4 sa. 32 dk.
Sayfa Sayısı:
160
Basım Tarihi:
2020
Yayınevi:
Qanun Nəşriyyat
ISBN:
9789952369642
Ülke:
Azerbaycan
Dil:
Azerbaycanca
Türler:
Reklam

Yorumlar ve İncelemeler

10/10
·160 syf.··
Beğendi
·
2022 3. kitabı
·
4 günde okudu
·
Okunma: 25 Mart 2022 14:58
"Bütün dünyadan küsdüyüm,hər şeyə inamımın sarsıldığı bir vaxtda gəldin..." Bu cümlə ilə başladı Serpantin macərası...Sən nə gözəl kitab idin belə.. • Leyla,Çingiz müəllim,gəncəlilər ,öz yonduğu heykələ aşiq olan Piqmalion,Allah babası tərəfindən ulduzun içində dünyaya göndərildiyini düşünən Anaki,Şuşa sevgisi ilə məni heyran edən Natəvan nənə daha nələr... nələr...var bu kitabda.... Oxuduqda sıxılmaq,bitirdikdə xarakterlər üçün darıxmamaq imkansızdı...müəllifdən oxuduğum üçüncü kitab idi Serpantin. Kitabda yazıçı Pərvinin son illərdə qələmə aldığı hekayələri və "Mən öləndə ağlama" monopyesi yer alıb.Kitabı bitirdikdən sonra məşhur "Mən öləndə ağlama" tamşasını izlədim.Leyla obrazını Səbinə Məmmədova böyük ustalıqla canlandırıb...izləməyə və oxumağa dəyər...
Edebiyat
SerpantinPərvin Nuraliyeva · Qanun Nəşriyyat · 20204 okunma

Yazar Hakkında

Pərvin NuraliyevaYazar · 6 kitap
Pərvin Ələmdar qızı Nurəliyeva 1984-cü ildə Bakı şəhə­rində anadan olub. ADPU-nun Filologiya fakültəsinin bakalavr və magistr pillələrini əla qiymətlərlə bitirib. Daha sonra həmin universitetin “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə doktorantura pilləsinə qəbul olub. 2017-ci ildə Xalq yazıçısı Anarın nəsrini tədqiq edərək filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə etmişdir. Hal-hazırda ADPU-da “Ədəbiyyat” kafedrası­nın müəllimidir. Pərvin Nurəliyeva yaradıcılığa kiçik hekayələr, esselərlə başlayıb. Ən müxtəlif mükafatlara layiq görülüb. Gənclər və İdman Nazirliyinin “İlin gənci”, Mədəniyyət və Turizm Nazir­liyinin “Qızıl Kəlmə”, Ədə­biyyat fondunun Rəsul Rza adına Beynəlxalq mükafatına layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin və Türkiyənin Avrasiya Yazarlar Birliyinin üzvüdür. “Qar yağacaq” və “Balerin”(türkcə), “Dlya Samira” (rusca) adlı nəsr kitablarının müəllifidir. Hekayələri rus, türk, latış və litva dillərinə tərcümə olunaraq müxtəlif xarici ölkə dərgilərdə yayım­lanıb. Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən “Anar dünyası” kitabının müəllifidir. Türkiyənin Avrasiya Yazarlar Birliyinin “Kitabi Dədə Qorqud” pyes yarışmasında P. Nurəliye­vanın “Aşar keçər Arazı” pyesi mükafata layiq görülüb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gənclər üçün Prezident Mükafatına, 2015-ci ildə Azərbaycan Res­publikası Prezidentinin Sərəncamı ilə Mətbuat günü münasibəti ilə Fəxri Fərmana layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin Ədəbiyyatın Təbliğatı Bürosunun və “Ədəbiyyatın dostları” klubunun rəhbəridir.