Gönderi

68 syf.
9/10 puan verdi
·
14 günde okudu
Bir dostun olsaydı, o da dəli olsaydı...
Yazıçıdan oxuduğum ilk kitabdır. Doğrusu bu qədər mükəmməl olacağını düşünməmişdim. Səhifə sayı az, amma çox təsirli... Kitabda, bir taşra qəsəbəsində olan ruhi xəstəxanadakı xəstələrin yaşadıqları həyatdan, çəkdikləri çətinliklərdən danışılır. Olduqca, ağıllı olan xəstə İvan Dmitriç və həkim Andrey Yefimiç arasındakı fəlsəfi dialoqlar ön plana çəkilir. İvan Dmitriç məruz qaldığı ədalətsizlikdən, çətin yaşam tərzindən şikayət edərək hər şeyin ədalətə qovuşmasını istəyir. Ancaq, hamı hətta həkim Andrey Yefimiç də, ona qulaq asmırlar, görməzdən gəlirlər. Kitabda ən sevdiyim alıntılardan birini sizinlə paylaşmaq istəyirəm: "Benim hastalığım, yirmi yıl içinde bütün kasabada tek bir akıllı adam bulabilmemdir. Ama o da bir deli!" Kitabı çox sevdim. Ən sevdiyim şeylərdən biri isə fəlsəfi dialoqlar. Fəlsəfəni sevənlər və fəlsəfəyə marağı olanlar mütləq oxusun. Səhifə sayı az və oxunması rahat bir kitabdır. Kitabda həm də, günümüzün problemlərindən: ədalətsizlik, zəif təbəqənin arxa plana çəkilməsi və s. bu kimi məsələlərdən də danışılır. Oxuyun, oxutdurun. Ölmədən öncə mütləq oxunması lazım olan kitablardandır deyə düşünürəm. Sağ olun, kitabla qalın. :)
Altıncı Koğuş
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202270,7bin okunma
··
1.209 görüntüleme
Nəsir okurunun profil resmi
ən sevdiyim əsər, əsas mesaj odur ki, həyat kitablarda oxuduğumuz fəlsəfə deyil, daha sərt məfhumdur (:
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.