Gönderi

Puan vermedi·120 syf.··
Beğendi
·
2022 2. kitabı
·
2 saatte okudu
·
Okunma: 02 Ocak 2022 23:09
Spoiler ola bilər! Tolstoy bu hekayəsi məndə biraz ikrah hissi oyatdı. Səbəbi isə qadının bir şeytan, kişinin isə vicdanı qarşısında çəkdiyi əzablarla, yoldaşına fiziki baxımdan xəyanət etməməsi üçün intihar edərək, şeytana uymuş bir zavallı kimi təqdim olunmasıdır. Cənab Yevgeni bəs heç mi günahkar deyildi ?Özünü sərsəri və murdar adlandıraraq biraz vicdanını rahatlatmaq istəyinin şahidi oluruq. Amma bu onun günahkar olmasının dəyərini azaltmamalıdır. Heç bir qadına bu cür əxlaqdan kənar həyat əlbəttə ki yaraşmaz, amma bu vəziyyət qadının tamamilə günahkar və şeytan olduğuna əsas gətirmir. Yevgeninin ilk görüşü ilə bir il sonrakı qarşılaşmasında qadındakı fərqi aşkar hiss edirik. Buna qadını yaşadığı cəmiyyət və ərdə olduğu ailənin münasibəti, hətta gələn pulun ardının kəsilməməsi üçün o qadını buna təhrik etmələri gözardı edilməməlidir. Yevgeni öz nəfsinə düşkünlüyünü sağlamlıq adıyla maskalandıraraq sadəcə özünü aldadırdı. Yəni bu və ya başqa qadınla, fərq etməz, o çoxdan öz şeytanına boyun əymişdi. Öz arvadının ona olan məhəbbəti, cəmiyyət içindəki nüfuzu onun itirməyə qorxduğu şeylərdən idi, məhz bu səbəbdən nəfsi ilə mübarizə aparmağa çalışırdı. Əks təqdirdə isə o "şeytana" təslim olmağı məmnuniyyətlə seçərdi. Deməli ki, onun şeytanı qadın yox, öz nəfsi idi. Sonda isə etdiyi cinayət səbəbiylə çəkdiyi ruhi iztirabları aylar sonra intiharla sonlandırması, məhz bunu təsdiqləyir ki, o bu və ya başqa qadınla istənilən vaxt öz arvadına xəyanət edə biləcək potensialda bir kişidir və şeytan bir qadın bədənində deyildə, bir kişi nəfsində gizlənmişdir. Məncə mütləq oxunmalı və faydalanmalı əsərlərdən deyil. Xoş mütaliələr.
ŞeytanLev Tolstoy · Bordo Siyah Yayınları · 20184,498 okunma
··
152 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Kitabda anlamadiğim meqam o olduki Yegveni evvelce ozunu oldurur sonra ise Stepanidani. Bu nece ola biler axi evvel dusundum yeqinki kitabin neşrində səhvlik var ama sonra düsündüm belkede o evvel icindeki şeytani oldurmusde ola biler
nazli huseynzade
Gönderi Sahibi
Ola bilər, amma onun intihar səbəblərindən biri də cinayət işləməsi olmuşdu axı, o hissələr mənı də qarışıq gəlmişdi. Çox sağ olun fikirləriniz üçün 🥰