Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Vatandan ayrı kalmak zor, ama sebeplerini o kadar güzel anlatmış ki bu şiir..
Nə uzun çəkdi, vətən, dönüb sənə qayıtmaq. İçimin qürbətindən bu vətənə qayıtmaq. Hansı yolla qayıdım? Yolların çəpərlənib. Meşələrin, çöllərin, göllərin çəpərlənib. Bircə kol da qalmayıb - kölgəsində yatmağa. Bircə göl də qalmayıb - sularında batmağa. Səni doğrayan, bölən bıçaqlar arasında, Səsi hündürdən gələn alçaqlar arasında mənim yerim yoxdu, yox. Ha deyim ki, “sən mənimsən”, mənim səndə yerim yox. Molla yasin oxuyanda ölüləri əl çalan, Binaları ucaldıqca adamları alçalan bu vətəndə yerim yox. Hər şeirim - ürəyimin çat-çat olmuş güzgüsü. Özgələrin doğmasıyam, doğmaların özgəsi. Vətən, səni sevə-sevə axı necə itirdim? İldən-ilə səni ev-ev, küçə-küçə itirdim. Rəngdən-rəngə düşə-düşə günbəgün dəyişirsən. Dəyişirsən küçə-küçə, tinbətin dəyişirsən. Saxlamağa gücüm çatmır, əldən çıxıb gedirsən. Təzə-təzə körpülərin altdan axıb gedirsən. Bu üçrəngli bayraq altda, bu torpaq, bu daş üstə. Körpələrin ayaq altda, körpülərin baş üstə. Sənsən, yoxsa mənəm yazıq? Bu Ramizə kim desin? İtgin düşən hansımızıq? Bunu bizə kim desin?!..
·
157 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.