Gönderi

Puan vermedi·184 syf.··
2022 1. kitabı
Çoox sevdiyim bir kitab oldun️ Bəlkə də heç vaxt heç kəsə deyə bilmədiyim bir xatirəmi səndə tapdığım üçün... Bəlkə də həyatı möhtəşəm bir şəkildə əks etdirdiyin üçün... Məni tanıyanlar nə qədər emosional biri olduğumu bilir. Səni oxuduqca yaşadım.. Yaşadıqca ağladım. Sən əsl həyatı əks etdirdin, əziz Kitabım ️ "Yaxşı ki varsan" ifadəsi yalnız insanlara aid işlənmir. Bu ifadə bir kitaba da aid ola bilər... Mən ilk dəfədir ki, bu ifadəni bir kitab üçün istifadə edəcəm. Yaxşı ki varsan, əziz Kitabım, yaxşı ki varsan, əziz dostum! ️
Hayat
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022275bin okunma
··
816 Gösterim
2 Yorum
Bu yorum görüntülenemiyor
Kitabların insana bir dost ola biləcəyi fikrini neçə ildir ki inanıram. Hərkəs fərqli hekayəsi, janrı, məzmunu olan kitabı özünə yaxın və dost saya bilər. Bu kitabıda istəyirdim başlayım. Amma indi oxuduqlarımla və imtahan ayında yeni bir kitaba başlamaq vaxtıma uyğun gəlmir deyə bunu imtahandan sonraya saxladım. Bəlkədə hansısa bir kitabı bitirsəm imtahan ərəfəsində başlaya da bilərəm bilmək olmaz. Amma bu il oxuyacaqlarımın siyahısında var bu kitab və çox istərəm ki tez bir zamanda bitirim bu kitabı.
Gülnar
Gönderi Sahibi
Məncə elə ən yaxşı dost kitablardır... Bu kitabı isə mütləq oxumanızı tövsiyə edirəm. Bəyənəcəyinizi düşünürəm 🙂
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.