Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

464 syf.
·
Puan vermedi
Salam. 1 həftə ərzində bitirmiş olduğum kitabla qarşınızdayam. Brian Freeman-dan oxuduğum ikinci kitabdır bu. İlk kitabını bəyəndiyim üçün yazarın digər kitablarina da şans verim dedim ama bu kitab birinci qədər sevdirə bilmədi özünü. Ümumi olaraq desək, kitabda ölən iki qız var və Stride adlı polisimiz qatili araşdırır. İndi gələk kitabda olan müsbət və mənfilərə. İlk öncə deyim ki, kitab tam adına uyğun idi. Çünki kitabda o qədər çox +18 səhnələri vardı ki, biryerdən sora bezdirirdi insanı. Niyə bu qədər yəni, yazarın niyyəti oxuyanların diqqətini bunlarla kitaba bağlamaq idi görəsən ya necə. Kitab bəzi yerlərdə həyəcanlı, bəzi yerlərdə sıxıcı idi. Ha tamam həyəcanlanır artıq dediyimiz anda sıxıcı olmağa başlayırdı. Kitabda məhkəmə səhnəsini sevdim, insana Amerikan filmlərini xatırlatdı. Və bir də sonluq sürpriz oldu. Ama kitabda diqqətimi bir şey daha çox çəkdi. Qızların çox tez böyüməsi, yəni 14-16 yaş aralığında olanların həyatlarını qazanmaqları üçün məcburiyyətləri və ya öz istəkləri üzərinə düşdükləri yollar, həmin yolların onları apardığı sonluqları, seçimləri və s. Bəziləri ya o bataqlıqda məhv olub gedir, ya da doğru yolu seçib yeri gəldiyində polis də ola bilirlər. Hər zaman seçim bizim əlimizdədir.
Ahlaksız
AhlaksızBrian Freeman · Panama Yayıncılık · 2014698 okunma
·
299 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.