·296 syf.··Beğendi
···Okunma: 11 Ocak 2022 17:01 Bizə özümüzü görme, tanima şansı yaradan situasiyalar və yaxud kitablar olur. Hansi ki insan həmin situasiyani yasasir yaxud həmin kitabi oxuyur və əslində onların içinde nə qədər özünün olduğunu anlayır. Özünü yenidən kəşf edirsən, yeni bir səni tanımağa başlayırsan. İndiyə qədər düsündüklərin, fikirlərin, düsüncələrin, sənin olanlar əslində bunların hamisi bir göstəriciymis. Həyatsa tamamilə başqa bir məvhum imiş yasam tamamilə ayri birseymis. Bu gün özümüzlə gətirdiyimiz bütün bu davranışlar, travmaların altında düsünmədiyimiz, düsüne bilmədiyimiz hadisələr yatırmış. Başlayırsan növbəti addımda özünü kitab kimi oxumağa, özünü anlamaq istəyirsən, dərk etmək istəyirsən, davranişların altında nəyin yatdığını aşkarlamaq sənə artıq bir şeyləri düzelməyə başlamaq ücün stimul verir. Və beləliklə yeni bir sən doğulur, yeni yaşam, yeni əsl özünün olan xarakterin ortaya cıxır.
Oxuduğum kitabların sonuncusu Alişan Kapaklıkayanın " sen hic kendini yasadin mi?" kitabı oldu. Kitabın mənə ilk təsiri möhtəsəm oldu. Düşün ki oxuduqca başqa bir aləmə qapılırsan ve ordan çıxmağı qətiyyən istəmirsən. Çünki artıq istədiyin səni tapmaq üzrə olduğunu hiss edirsən. Kitabın yazarı bağişlamadığımız, buraxa bilmədiyimiz keçmişimizin əslinde bizə yük olmasından, bu günki həyatımıza təsirini çox gözəl yazır, izah edir. Buraxa bilmədiyimiz keçmiş yükümüzdür. Bu gününü yaşamağa qoymayan bir yük. Bu yükdən özünü azad etmək, rahatliği, fərahlığı hiss etmək əsl özünü tapmaqdır. Artıq səni məşğul edən düsüncələr bu gün həyatında yoxdur. Onların olmaması, onların həll olması sənin ilk uğurundur. Kitab sənə özünü anlamaq üçün yollar göstərir, həyatın səndən və sənin həyatdan nə istədiyini aydınlaşdırır.
Sənə yük olan keçmişi bağışla. Həyat gözəldir ve o həyatı dolu-dolu yaşadığın zaman enerjini bərpa edə bilirsən. Həyat insanın özünün nə istədiyini aydın şəkildə bilməsi, artıq keçmişini bağışlayıb indiki zamanını dəyərləndirməsi və dadını çıxarmasıdır. Artıq bunu anladığın zaman keçmiş sənə əzab verməkdən çıxır və zövq almağa başlayırsanş. Çünki bunu sən artıq istəyirsən və davam edirsən. Özümüzü sevmək və bağışlamaq ilk addımımız olsun. Özünü dərk etmək özünü anlamaq istəyənlər və oxumağı bu yolda işiq görənlər üçün mükəmməl kitab olacaq.
Yaşamak bir yolculuk aslında... Kendini aramaya çıktığın, kendinle buluşmak ve kendini yaşamak istediğin bir yolculuk...Ne zaman başladığı ve ne zaman biteceği senin elinde olmayan bir yolculuk...”