Puan vermedi·288 syf.····Okunma: 15 Ocak 2022 00:00 İncəsənətin təkcə rəsm əsərlərindən ibarət olmadığını qeyd etmək lazımdır, çünki bir çox şəxs incəsənəti rəsm əsərləri olaraq hesab edir. Sanat 101 kitabı da "sanat" adı altında demək olar ki, sadəcə rəsm əsərlərinə, rəssamlara müraciət edib.
Yuxarıda qeyd etdiyim məsələni diqqətə almasaq, rəssamların və ya onların yaratdıqları/davam etdirdikləri məktəblərin xronoloji ardıcıllıqla verilməməsi biraz qarışıqlıq yaranmasına səbəb olur.
İkinci bir tərəfdən, kitabda adı çəkilən rəsm əsərlərinin fotolarının əks etdirilməməsi oxuyuca çətinlik yaradır. Oxucu kitaba fokus olmağa çalışarkən diqqətini yayındıraraq sözügedən rəsm əsərinin nə olduğu ilə bağlı Google-da axtarış etməyə məcbur olur.
Müsbət tərəfdən onu qeyd edə bilərəm ki, eşitmədiyim, tanış olmadığım bir çox nəzəri məlumatla, rəssamla, məktəblə tanış oldum. Kitabın incəsənətin qolu olan rəssamlıq anlayışına dair mənə qatqıları oldu.
Rəsm əsərləri ilə maraqlanırsınızsa, yuxarıda qeyd etdiyim mənfi məsələlər sizin üçün o qədər də önəmli deyilsə, oxumaqdan zövq ala biləcəyiniz bir kitab olacaq.