Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

104 syf.
·
Puan vermedi
·
6 günde okudu
Dram əsərlərini oxumağı sevirəm, bu əsərdə isə indiyə kimi oxuduqlarımdan fərqli birşeylər var idi sanki. Düşünürəm ki, yazıçının yunan mifologiyasına göndərmələr etməsi, eşq, yaxşılıq kimi müxtəlif baxış bucaqlarından mövzunu işləyərək əsərin mənasını dərinləşdirməsi oxucu olaraq mənə zövq verdi. Necə ki, röyadan oyananda 5-10 saniyəlik gördüklərimizi bir ömrün içindən keçərmişcəsinə xatırlayırıqsa, həyatımıza geri dönüb baxanda da bütün yaşadıqlarımızı sanki bir xülya, röya kimi xatırlayırıq. Yaşadıqlarımızı, özümüzü nə qədər əvəzolunmaz hesab etsək də, əslində kiminsə keçmiş röyasında acı və ya şirin kiçik bir fraqment kimi qalmaqdan başqa bir şey deyilik. Yaxşılığın bir fəzilət olduğunu dərk edib hər dəqiqəmizi doğru dəyərləndirsək, bəlkə də gördüyümüz röya hər şeydən dəyərli olar. Bir də əsərdə başqa bir məqam məni xüsusilə düşündürdü, düşündüklərimizi və inandığımız şeyləri həqiqətən həyatımıza çəkirik? Bəzən bu suala yox cavabı versəm də, hər insanın düşündüyündən və inandıqlarından ibarət olduğunu unudurmuşam. Buna bir daha əmin oldum. Mütləq bu əsərin səhnələşdirilmiş versiyasını izləmək istəyərəm.
Hayat Bir Rüyadır
Hayat Bir RüyadırCalderon de la Barca · Türkiye İş Bankası Kültür Yayınları · 2011583 okunma
·
356 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.