Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

226 syf.
8/10 puan verdi
·
4 günde okudu
“Hayatımda gördüğüm böyle çilekeşlerin sayısı hiç de az değildir. Onların hatırası benim için kutsaldır.” Əsər uşaqlıqdan başlayaraq “Gorki” olanadək davam edən mübarizəsi və yeni bir həyat qurmaq savaşı ilə xalq azadlığa doğru addımlayarkən onlardan biri olan şəxsin möhtəşəm yazara çevrilməsinin son pərdəsidir. Gorki'nin trilogiyası sadəcə günlük hadisələrin xronologiyası, yazarın xatirələri və yaşanan sıxıntıların qələmə alındığı əsərlər deyil, həm də hər daim həyata dair dərin fəlsəfi izlənimləri göz önünə qoyan, oxucusuna suallar verən, ictimai, siyasi-iqtisadi quruluşu sorğulayan, bunları gerçək yaşamında tətbiq edən obrazın həyat yoludur. Kim olduğumuz mənliyimizin hekayəsidir, xatirələrimiz tərəfindən inşa edilmiş bir hekayə. Qələmlərindən çıxan hər bir sətirlə öz mənliklərini yazanların hekayələri isə əsərləridir. Yalnızca ətraf dünya ilə olan münasibətlərini deyil, həm də daxili dünyalarına aid mübarizələrini də cümlələrin arasına sərpişdirirlər. Bu mənada Gorki'nin həyat hekayəsi təkcə müşahidələri, yaşadıqları ilə məhdudlaşmır, kitablardan və “universitetlərim” dediyi dərsləri və qət etdiyi yollardan da ibarətdir. Gorki'nin mübarizəsi həyatın onun qarşısına çıxardığı şərtlərin və maneələrin, varlığı isə çevrəsindəkilərin yansımasıdır.
Benim Üniversitelerim
Benim ÜniversitelerimMaksim Gorki · Bordo Siyah Yayınları · 20048,9bin okunma
·
1.126 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.