Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

512 syf.
8/10 puan verdi
·
Beğendi
·
22 günde okudu
Kış bahçesi Kristin Hannahdan oxuduğum ilk kitab oldu. Kitabı marafona uyğun qış mövzulu kitab axtararkən təsadüfən qarşıma çıxdı və buna başlamalıyam dedim. Əsər Amerikada bir ailənin yaşadıqlarından bəhs edir. Ailədə rus ana Anya,amerikalı ata Evan və qızları Nina və Mereditdən ibarətdir. Kitaba başlayan zaman Anyanın qızlarına çox çox soyuq,quru və diqqətsiz,qayğısız münasibəti ilə qarşılaşırsınız. İnsan öz özülüyündə sual verir ki,həqiqətən də bir ana uşaqlarına onların heç bir günahı olmadan necə belə davrana bilər axı. Amma qızların atası ən azından daim onlara analarının əksinə yaxın münasibət göstərir. Elə buna görə də qızlar ataları ilə daha rahat və yaxın olurlar. Anya uşaq vaxtları qızlarına nağıl danışır. Ancaq bu zaman qızları ilə ünsiyyətə keçir,buna görə də qızlar bu nağılın hər zaman davam etməsini,analarının bu nağıl vasitəsi ilə də olsa,onlarla danışmağını istəyirlər. Lakin günlərin birində böyük qız olan Meredit 12 yaşı olan zaman anasının bu nağılını kiçik səhnəcik kimi sürpriz hazırlayır və anasına təqdim edəndə heç amma heç gözləmədiyi reaksiya ilə qarşılaşır. Düzü siz də bunu heç gözləməzsiniz. İnsana adi bir nağıla görə bu qədər söz deyilməsi,pis rəftar edilməsi qəribə gəlir. Oxuyarkən Anyaya əsəb olmamaq əldə deyildi. Amma sizə tövsiyəm kitabı oxuyanda Anyanı əvvəldən mühakimə etməyin,çünki sonda peşman ola bilərsiniz. Bu səhnəciyin üstündən illər keçir,lakin Anya qızlarına bir daha nağıl danışmır. Artıq Ninan da,Mereditdə öz yollarını seçib ailədən gedirlər. Nina dünya şöhrətli jurnalistdir,dünyanı gəzir,müharibə zonalarına səfər edir. Meredit ailə qurub 2 qızı var. Bir gün ailə öz axarı ilə yaşayarkən Evan-qızların atası ağır xəstəlik keçirir və ölüm döşəyinə düşür. Bu vaxt qızlarını və həyət yoldaşını yanına çağırıb Anyadan son dəfə nağılı qızlara danışmasını israrla xahiş edir,lakin bu dəfə sona qədər danışmalıdı. Ciddən kitabın burasını oxuyarkən sinir krizi keçirirdim Anyaya ki,bir nağıl nədi ki ona görə hamını süründürürsən. Ancaq kitabın sonundan anladım Anyanın niyə belə etdiyini. Evan vəfat edən zaman Ninanı yanına çağırır və mütləq anasına bu nağılı sona qədər danışdıracağı ilə bağlı söz verdirir. Evan vəfat edir. Elə əsas hadisələr bundan sonra başlayır. Qızların öz həyatlarını davam etdirməyə çalışması,bir yandan analarına qayğı göstərməyə çabalamaları,bir yandan nağıl hər şey bir yumaq halını alır. Meredit və Nina bu işin öhdəsindən necə gələcəklər,nağılın sirri nə imiş,Anya niyə belə ana imiş heç birini deyib sizə spoi verməyəcəm. Oxumasanız nəsə itirərsinizmi? Xeyir. Lakin mən sevdim o ailə münasibətləri,Anyanın nağılı,Merenin hər şeyi idarə etməyə çalışması,Ninanın başına buyruq halları hamsını oxuyarkən zövq aldım,Anyaya əsəbləşmək də bunlara daxil idi:D Əgər qış auralı,içində sevgi,ailə,həyat mübarizəsi,müharibə mövzusu və içində bir həyat hekayəsi olan kitab axtarırsınızsa,tam sizlik kitabdır.
Kış Bahçesi
Kış BahçesiKristin Hannah · Pegasus Yayınları · 20164,915 okunma
·
1.348 görüntüleme
Aria okurunun profil resmi
Çox gözəl yazmısan🤩. Əllərinə sağlıq🍀. Kitabın yarısındayam. İlk başlarda davamını gətirəcəyimi düşünmürdüm, amma həqiqətən çox gözəl hal alıb👌🏻.
Aysun Quliyeva okurunun profil resmi
Eynən😂sona qədər gəl,yarıda buraxma
Samirə Abbasova okurunun profil resmi
Ahh, çok güzel yazmışsınnn... Bi çabucak okusam da, nağılın sirrini çözsəm🥲😂 Çok merak ediyorum🤩✨
Aysun Quliyeva okurunun profil resmi
Hə e hər şey aydınlaşacaq. Hələ sonda heç ama heç gözləmədiyin bir təsadüf də olasıdı😀
1 sonraki yanıtı göster
Aceso okurunun profil resmi
Çox qəşəng yazmısan. 🤩🤩🤩 Amma kitabda mənim bəyənmədiyim şeylər biraz çoxdu. 🥲🥲🥲 Bəlkə 6 verərəm kitaba. Amma ondan çox düşünmürəm.
Aysun Quliyeva okurunun profil resmi
Təşəkkürlər🌹Hə ola bilər😊hamı bəyənməlidi deyə bir şey yoxdu ki. Həm mən dediyim kimi kitaba tənqidi yanaşaraq bal vermirəm. O an mənə hiss etdirdiklərinə görə bal verirəm
1 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.