Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

512 syf.
8/10 puan verdi
·
20 günde okudu
Kristin Hannah-Kış Bahçesi
Əslində, bu gün incələməsini yazacağım kitabı oxumağı belə düşünməmişdim. Birdən qarşıma çıxdı, həm adı maraqlı gəldi, həm çox müsbət rəylər aldığına görə, həm də,
Aysun Quliyeva
Aysun Quliyeva
,
Samirə Abbasova
Samirə Abbasova
,
Aceso
Aceso
ilə birlikdə oxuyacağımız kitab olduğu üçün oxudum. Marafona əsasən oxuduğum ikinci kitab oldu. Yazardan oxuduğum ilk kitabdır.
Kristin Hannah
Kristin Hannah
'ın kitablarının çox sevildiyini bilirdim. Buna görə, kitaba böyük həvəslə başladım. :D Kitabın qısa məzmunu; Kitabda, bir-birilərinə qarşı soyuq münasibət bəsləyən bir ana və iki qızının həyatından söhbət gedir. Anya Whitson: acı, əzablı bir həyat yaşamış və bədbəxt həyatın nəticəsi olaraq, qızlarına onları sevmədiyini göstərəcək qədər kobud davranan bir anadır. Onu günahlandırmayın, bunun səbəbini kitabı oxuyanda anlayacaqsınız. Mən bəlkə, elə bir həyat yaşasaydım, bu planetdə olmazdım. :'D Nina və Meredith'in ataları ölməzdən əvvəl son vəsiyyətini edir və atalarının etdiyi bu son xahiş, onların analarına və analarının onlara olan münasibətlərini tamamilə dəyişdirir. Kitab haqqında çox danışmayacam, marağı getməsin. :') Başlayaq; Kitabın ilk başlarında sadə, adi şeylərdən danışılır və buna görə sizə çox sıxıcı gələ bilər. Ancaq, ilklərdə sıxıcı gəldi deyə, yarıda qoymağı düşünməyin, çünki, sonrası daha axıcı və maraqlı bir hal alır. Kitabda demək olar ki, hər mövzuya toxunulur: ailə, dram, gerilim, sevgi, kədər, sevinc, müharibə və s. Kitabı sevdim, amma 8 puan verməyimin səbəbi, markaların çox reklam olunmasıdır. Kitab, sanki, reklam məqsədilə yazılıb. Kim hansı marka maşını sürür, kim hansı təmizlik vasitələrindən istifadə edir, kim hansı içkini içir və s. bunlar məni biraz narahat etdi. Bu kimi mənfi cəhətlər olmasaydı, 10 verə bilərdim. ;) Kitabın dili axıcı (ilk başlar istisna olmaqla) və rahat yazılıb. Yazıçının yazı tərzini, hadisələri daha gerçəkci hiss etdirməsini sevdim. Qısacası kitab yaxşı idi. Oxunsa da, oxunmasa da, olar dediyim kitablardan biri oldu. Daha yaxşı ola bilərdi, deyə düşünürəm. Bu qədər. Ümid edirəm, mənfi-müsbət fikirli incələməmlə, kitabı sizə, biraz da, olsa sevdirə bildim. Son olaraq, kitabdan sevdiyim bir sitatı sizinlə paylaşmaq istəyirəm: "Ve belki de böyle olması, yeterince uzun yaşadığında hayatın böyle ilerlemesi gerekiyordu. Sevinç ve üzüntü hayatın bir parçasıydı; belki de işin sırrı, bütün bunları hissetmek, fakat sevince biraz daha sıkı sarılmaktı, çünkü güçlü bir kalbin ne zaman duracağını asla bilemezdiniz." Dəyərli vaxtınızdan ayırıb, oxuduğunuz üçün təşəkkürlər. :) Sağ olun, kitabla qalın ! Xoş mütaliələr !
Kış Bahçesi
Kış BahçesiKristin Hannah · Pegasus Yayınları · 20164,899 okunma
·
1.905 görüntüleme
Aceso okurunun profil resmi
Qəşəng yazmısan. 🤩🤩
Near okurunun profil resmi
Təşəkkürlər. <3
Aysun Quliyeva okurunun profil resmi
Anyanı çox qınayırdım😂sonda peşman olmuşdum. Deyəsən səndə də eyni olub
Near okurunun profil resmi
Aha, məndə də, elə oldu. Amma kitabın sonunda, əvvəldən bəri kimin yaxşı olduğunu anladım. :')
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.