Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

186 syf.
8/10 puan verdi
·
4 günde okudu
“Artık kişilik değil, yalnızca itaat var sayılıyorsa hakikat gider ve yalan gelir.” Məktəblərə verilən vəzifə, təhsil proqramları, mental dəyərlər və tətbiq edilən qanunlarla itirilmiş gənclik, vicdanı və gözləntilər arasında sıxışıb qalmış müəllim, roman formasına salınmış sistem tənqidi. Qısacası, bu kitabı oxumaq üçün bir neçə fərqli səbəb var. Məktəblər fərdin cəmiyyətə, dövlətə, mövcud sistemə uyğun hala gətirilməsi və yetişdirilməsi, fərqli düşüncələrin basdırılması üçün olan qurumların başında gəlir. Müəllimlərin birinci vəzifəsi də şagirdləri bu şəkildə yetişdirmək və proqramlaşdırmaqdır. Ancaq onların içərisində təhsil həyatımızda izlər buraxan, fərqli və özünəməxsus yanlarımızı kəşf etməyə, inkişaf etdirməyə çalışan müəllimlər də var. “Tanrısız Gençlik” Faşist Almaniyasında bir məktəbdə coğrafiya və tarix müəllimi olan obrazın üzərindən təhsil sistemini və müəllimlik peşəsini sorğulayan, yuxarıda qeyd etdiyim məqamlara diqqət çəkən romandır. Faşizmin təhsil sistemi üzərindəki təzyiqini hiss etdirdiyi cəmiyyətdə bütün olub-bitənin fərqində olan bir müəllimin fərdi qayğıları ilə vicdanı arasında sıxışıb qalmasını, ədaləti və vicdanımı, yoxsa rahat yaşamımı tərcih edəcəyi sualını bütün kitab boyunca görürük. Kitab yalnızca təhsili və müəllimləri deyil, sistemin təsirindəki gəncləri də sorğulayır. Həm məktəb, həm də cəmiyyətlə sıx təmasda olan gənclərin təbii olaraq bundan təsirləndiyi və fərd olmaqdan çıxaraq toplu halda rejim tərəfdarlarına çevrildiyi də görünür. Kitab gənclərə yönələn tənqidləri də cavablamağa çalışır. Gənclərin əxlaqi çöküntü yaşadıqları, qəliblərə salınması, sistemə və cəmiyyətə uyğun yetişdirilməsi, fərd olmalarına izn verilmədiyi üçün cəmiyyətin onları itirməsi göz önündədir. Horvathın müəllim obrazı belə bir şəraitdə şagirdlərinə insanca dəyərlər aşılamağa çabalayır. Hovath həmçinin cəza sisteminində səlahiyyətlilərin “ədalət” anlayışının nə qədər təsirli olduğunu hekayə üzərindən çatdırmağa çalışır. Kitabın maraqlı hissələrindən biri də keşiş ilə müəllim arasındakı dialoqlar, müəllimin Tanrı ilə bağlı sorğulamalarıdır. Tanrının bütün yaşananlara rəğmən səssiz qalmasına qəzəbli olsa da, içində bir yerdə yaşamasına əngəl ola bilmir.
Tanrısız Gençlik
Tanrısız GençlikÖdön Von Horvath · Jaguar Kitap · 20163,059 okunma
··
1.931 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.