Bir dünya düşünün… Nəinki kitab oxumaq, kitabı evinizdə belə saxlamaq qadağandır. İnsanlar dünyaya qarşı fikir irəli sürməsin, ayılmasın deyə kitablar qadağan olunur və kimin evində kitab olarsa o kitablarla birlikdə evi belə yandırırlar. Yanğınsöndürənlər artıq yanğını söndürməklə deyil, kitabları, evləri yandırmaqla məşğuldurlar. Və hərşey Guy Montaq adlı bir yanğınsöndürənin yandırdığı kitablarda nə yazıldığı ilə maraqlanması və “ İnsanların uğruna canlarını fəda etdiyi bu kitablarda görəsən nə var? Həqiqətləri anladiqdan sonra bu cəmiyyət içərisində yaşamaq mümkündürmü?” Deyə düşünməsi ilə başlayır…
Yenə oxuduğum ən gözəl distopik kitablardan biri oldu və həqiqətən bu cür kitablar insanı çox düşündürür. Yaşadığımız dünyanı kitabdakı dünya ilə qarşılaşdıranda əslində oxuyanda bizə dəhşətli gələn şeylərin elə indi de baş verdiyini görürük. Yazarın da dediyi kimi “Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.” Cəmiyyətimizin neçə faizi kitab oxuyur? Onları oxumamaq yandırmaqdan daha böyük haqsızlıqdır. Hal-hazırda Cəmiyyətimizdə olan insanların maraq dairəsinə baxdığımız zaman, vəziyyətin nə yerdə olduğunu görürük...