"Nereyi seversen, orası senin dünyandır."
Oscar Wilde'nin öz uşaqları oxusun deyə yazdığı hekayələrdən ibarət kitabı️
İçində 5 fərqli hekayə var. Hər yaşda insanın oxuya biləcəyi, əslində uşaq ədəbiyyatına aid olan, lakin böyüklərin də oxuyub çox şey öyrənə biləcəyi bir kitabdır. Kitabdaki hər bir hekayənin öz havası, öz gözəlliyi var və dostluq, sevgi, fədakarlıq kimi insanı bir-birinə bağlayan hisslərlə bəzədiyi bu hekayələridə əsasən insanların eqoistliyinin, vəfasizliğının, empatiya qurmamasının nələrə səbəb olduğu göstərilir və öz gözləri qarşısına çəpərlər hörüb digər həyatları görməyənlərə dərs ola biləcək hekayələr olduğunu düşünürəm. Az səhifə ilə çox şey danışan kitablar hər zaman sevdiyim kitablar sırasına daxil olmağı bacarır.
Ən sevdiyim hekayə adından da göründüyü kimi "Mutlu prens" oldu. Yazıçı bizə hekayədə xoşbəxtliyin necə dərin bir hiss olduğu, sevgi uğrunda fədakarlıq etməyin necə dəyərli olduğu çatdırmağa çalışır.
Ümumiyyətlə kitabın uşaq ruhlu insanlar üçün yazıldığını düşünürəm. Məncə oxuyun, maraqlıdır.️