Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

339 syf.
·
Puan vermedi
Cemil Meric ilə ilk söhbətimizin başladığı kitab... Kitabı oxumağa başlayarkən hər səhifədə xətləyəcək bir cümlə belə olsa tapırdım və düşünürdüm ki, bu belə davam edəcək? Bəli etdi! Həm də necə... Hər xətlədiyim fikri başqaları ilə bölüşmək hissi yaranırdı içimdə. Çünki bu kitab insana həyatı sorğuladır, utandırır. Bəzən bilgisizliyinin içində batırsan. Necə də özün olmaqdan çıxıb kimlərisə təqlid etdiyini, özün də fərqində olmadan dünya aludəçisinə çevrildiyini dərk edirsən. Fəlsəfənin ən dərin çuxularına enmiş və həqiqəti tapmış bir insanın kitabını oxumaq mənim üçün bir qururdur. Bir kitab sənə bilmədiyin çox bilgi verirse, səni tanımadığın insanlarla, yazıçılarla tanış edirsə, demek o kitab həqiqi bir kitabdır. Kitabda adı keçən yazar,filosof ve s. Bir çox insanı araşdırmağına səbəb olacaq məlumatlar var. İnsanların qardaşlığı, bərabərliyi, idealogiyalar, kitablar, "izm" ilə bitən sözlər, şərq-qərb problemi, iman, düşüncə, mədəniyyət, tarix və s. çox mövzu haqqında fikirlər mövcuddur. O kitabları çox sevirdi və "Kitablar bir limandır mənim üçün. Kitablarda yaşadım. Və kitablardakı insanları küçədəkilərdən daha çox sevdim." - deyirdi. Əsər Cemil Meriç'in qısa avtobioqrafiyası və yaşamını ifadə edən xronologiya ilə başlayır. Bu da onu tanımaq və fikirlərini oxumadan öncə onun haqqında fikir sahibi olmaq üçün gözəl bir başlanğıcdır. Və son olaraq kitabda Allah'a müraciət edərək "Mən səni tanıdıqdan sonra yaşamağa başladım." - deyə bir cümlə var. Qəlbimin dərinliklərinə qədər hiss etdim o cümləni...️
Bu Ülke
Bu ÜlkeCemil Meriç · İletişim Yayınları · 201821,1bin okunma
·
86 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.