Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

107 syf.
8/10 puan verdi
·
4 günde okudu
Mifologiya deyəndə ilk ağlımıza gerçəklikdən uzaq olan Yunan-Roma tanrıları gəlir. Ancaq təbii ki, mifologiya bunlardan ibarət deyil. Yazıçıdan oxuduğum ikinci kitabdır, burada da kitabı da müxtəlif yazıçıların (xüsusilə,
Mircea Eliade
Mircea Eliade
) kitablarına istinad edərək yazıb və uğurlu alındığını deyə bilərəm. Bu kitabda Zeus, Artemis, Kronos və s. kimi tanrıların adına rast gəlmirik. İlk öncə, “mif nədir?” başlığı altında mifin keçmişdə və günümüzdə ifadə edən mənası haqqında məlumat verir. Mifin insan və toplumların fəaliyyəti üçün olan önəmi və 17-ci əsrdən başlayaraq onun öz əhəmiyyətini itirməsinin gətirdiyi nəticələr barədə məlumat verilir. Daha sonra, Paleolit dövründə yaranmış və mövcud olmuş Ovçu toplumlarının (MÖ 20.000-8.000) mifologiyası barədə danışılır, bu fəaliyyət zamanı inkişaf etdirdikləri mifləri Fransada Lascaux, İspaniyadakı Altamira mağaralarında divarlara və tavanlara çəkdikləri heyvan şəkillərindən görmək olur. Hələ bu zamanlar tək tanrıçılıq mövcud idi, insanlar mövcud olan bir varlığın olduğunu hiss edirdilər. Növbəti mərhələ isə Neolit - əkinçilik mifologiyasıdır (MÖ 8.000-4.000). Bu da insanların əkinçiliyi kəşf etməsindən sonra yaranmışdır. Bu mərhələdə artıq çox tanrıçılıq yaranmağa başlamışdır - Baal, Mot, İnanna və s. kimi tanrıların adlarına rast gəlirik. İlk sivilizasiyaların yarandığı dövrdə (MÖ 4.000-800) ilk şəhər-dövlətlərin yaranması ilə birlikdə insanlıq və tanrısallıq arasında uçurum yaranmış və bu tanrısallıq artıq insanlar üçün əlçatmaz olmuşdur. Sivilizasiyaların yaranması özü ilə birlikdə müharibə və dağıntıları da gətirmişdir. Bu da mövcud mifologiyaya öz təsirini göstərmişdir. “Eksenel” (ing. “axial”) adlanan dövrdə (MÖ 800-200) yeni yaranmış dini və fəlsəfi sistemlər ( Çində Konfutsiçilik və Taoizm; Hindistanda Buddizm və Hinduizm; Yaxın Şərqdə monoteizm və Avropada yunan rasionalizmi) barədə bəhs olunur. Burada insanlıq və onun həyat fəaliyyətinin inkişafı ilə unudulmağa başlamış miflərin Çin, Hindistan və s. kimi ölkələrdə yaşayan insanlar tərəfindən önəmə malik olduğu müəyyən olunmuşdur. “Eksenel”dən sonrakı dövrdə (MÖ 200-MS 1500) əsas Yəhudilik, Xristianlıq və İslamda yaranmış miflər (İsanın ölməsi və dirilməsi və s.) barədə danışlır. Böyük Qərb Transformasiyası (MS 1500-2000) - qərbdə elmin inkişaf etməsi və böyük inqilabların baş verməsi nəticəsində mifologiya demək olar ki, bütünlüklə əhəmiyyətini itirmiş, heççilik, nihilizm, mənəvi baxımdan boşluqlar və parçalanmalar yaranmışdır. Sənətçi və yazarların bu boşluğu doldurmağa çalışmağa olan cəhdləri barədə də danışılır.
Mitlerin Kısa Tarihi
Mitlerin Kısa TarihiKaren Armstrong · Merkez Kitaplar · 2006447 okunma
·
525 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.