Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

224 syf.
8/10 puan verdi
·
5 günde okudu
Üç harflik bir kelimeydi: “HİÇ.” “Heç”in ardından gedən və sonunda əllərində sadəcə böyük bir heç olmuşluq qalan “piç”lərin hekayəsi. Fərd olaraq yeraltı obrazlara bürünmüş piçlər heç bir yerə aid olmadan, həyat və həyatın gətirdikləri barəsində olduqca vurdumduymaz şəkildə, ailələrindən tamamən uzaqlaşmış və onlarla münasibət qurmadan yaşayırlar. Həyatlarını qaydasına salmaq üçün isə əsla cəhd göstərmirlər. Sözsüz ki, romanın ən əsas ideyası elə sonda qeyd olunan “heç” kəlməsindədir. Heç yoxluqdur, heç keçmişi yox saymaqdır. Bu cümlədən başa düşmək olar ki, bənzərinə real həyatda da tez-tez rastlanan və bu tərz həyat sürən insanlar ya bir heç kimi yox olur, ya da aid olduqları (bunu qəbul etməsələr də) yerə geri dönürlər. İnsanlar bəzən qazanır, bəzən itirir, bəzən isə qazandıqlarının, əllərində olanların fərqində olmadan itirməyə məhkum olurlar. Bu insanlara hekayələrindən dolayı haqq vermək və ya qınamaq isə hər kəsin şəxsi düşüncəsinə qalır.
Piç
PiçHakan Günday · Doğan Kitap · 20199,4bin okunma
·
1.937 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.