Gönderi

136 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Cengiz Aymatov'un qələmindən oxuduğum ilk əsər Toprak Ana əsəri oldu. Bu əsər ən çox da savaşla bağlı düşüncələrimi dəyişdi. Dəyişmək də deməzdim, ama savaşın insanlardan nələri aldığını və savaş qurbanı olan bir ailənin yaşadığlarını daha dərin anlamış oldum. Və sona yaxınlaşdığca da bəzi sətirlərdə gözyaşlarımı tuta bilmədim. Aymatov'un Yaşanan duyğuları, olayları bu qədər mükəmməl şəkildə ifadə etməsi əsəri daha da mükəmməlləşdirdi mənim gözümdə. Bu əsər mənə bir tərəfdən "Soyuq Günəş" filmini xatırlatdı. Əsərdə, sevgi, savaş, övlad itirmənin verdiyi acı, sadiqlik və ən əsası da, ana ilə övlad arasında olan bağın qan bağıyla bir əlaqəsi olmaması qələmə alınmışdı. Tolgonay 3 övlad və eyni zamanda da sevdiyi insanı itirməsinin verdiyi acıya rəğmən mücadilə edərək, güclü dayanan və acılara qarşı dirənən və acısını içinə gömüb yaşamağa davam etməyə çalışan güclü bir qadın obrazıydı. Alimansa fərqli olarağ güclü görünməyə çalışsada, acılarına yenilib zəif ruhunu ölümə tərk edən bir obraz olarağ çıxmışdı qarşımıza. Əsəri daha da mükəmməlləşdirən bir tərəf də, Birlik və bərabərliyin verdiyi gücün təsvir olunması idi. Xoşbəxtliyin o qədər də uzağda olmadığını, bir torpağı əkib məhsulunu almağla xoşbəxt olmağın mümkün olduğunu bizə göstərmiş oldu bu əsər. Son söz olarağ, hissləri, yaşananları asan bir dillə bu qədər mükəmməl çatdıran bir əsər həqiqətən oxunmağa dəyər deyə düşünürəm. Və yazımı, Tolgonayın Toprak Ana'ya "İnsanlar savaşmadan yaşayamazlarmı?" sualına verdiyi cavabla sonlandırmağ istəyirəm: "İnsanlar ne zaman bir savaş başlatacak olsa, onlara şöyle diyordum: "Durun! Kan dökmeyin!" Şimdi de tekrar ediyorum: "Ey dağların, denizlerin öbür tarafındaki insanlar, siz ki mavi göğün altında yaşıyorsunuz, savaş neyinize gerek? Ben toprağım, bana bakın! Ben herbiriniz için aynıyım ve siz de benim gözümde eşitsiniz. Benim için önemli olan sizin sözleriniz değildir. Ben sizin dostluğunuza muhtacım, beni işlemenize! .... Benim yükseğim, büyüğüm, ucum bucağım da yok.. hepinize yeterim ben..." Sen de bana İnsanlar savaşmadan yaşayamaz mı diyorsun Tolgonay. Bu bana bağlı değil ki. Siz insanlara, niyetinize, irade ve bilgeliğine bağlı. "
Toprak Ana
Toprak AnaCengiz Aytmatov · Ötüken Neşriyat · 202261,9bin okunma
·
39 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.