Gönderi

448 syf.
9/10 puan verdi
·
Beğendi
Yenə Xalid Hüseyni və yenə təsirli bir roman. Əsərdə müəllif eyni zamanda bir çox məsləyə ustalıqla toxunub. Romanda dostluq, ata-oğul münasibəti, müharibə, dostluqda sədaqət və xəyanət kimi mövzular təsvir edilir. Və eyni zamanda yaşadıqları ilə bir növ işlədikləri günahlardan təmizlənmə. Həsən uzun müddət yaddaşımda qalacaq bir obraz oldu. Onun dostluğu, Əmirə olan sadiqliyi çox təsirli idi və çox gözəl təsvir edilmişdi. Həsənin sonunun belə olmasını heç istəməzdim. Əsəri bitirdiyimdə çox qəribə hisslər keçirdim eyni zamanda həm kədər, həm qəzəb və nə olursa olsun ümidin olduğunu unutmamaq. Düşünürəm ki, həyatda Həsən kimi bir dostun varsa başqa heç neyə ehtiyacın olmaz. Onun Əmirə olan sevgisini sanki hiss edirdim. Və sonda romanı oxumağı düşünənlər düşünməyin oxuyun...
Çərpələng Uçuran
Çərpələng UçuranKhaled Hosseini · Qanun Nəşriyyatı · 2011165,4bin okunma
·
52 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.