Gönderi

Adem Güneş - Kendini Affet
9/10
·240 syf.··
Beğendi
·
2022 1. kitabı
·
63 günde okudu
·
Okunma: 18 Şubat 2022 09:09
🟢 Adem Güneş - Kendini Affet ️ Kitabı Storytel'də dinlədim, amma çox bəyəndiyim üçün kitabı alıb yenidən mütləq oxuyacam. ️ Özünü bağışlama üzərinə son 1 ildə çox oxumuşam, xüsusilə spritual öyrətilərdə bu mövzuda xeyli geniş məlumat var. Mövzunu həm də psixologiya baxımından araşdırmaq istədiyim üçün bir neçə psixoloqun yanaşmasına müraciət etdim. Nəticə bu oldu ki, hər iki tərəfdə özünə bağlama ilə bağlı yanaşma çox oxşardır. ️ Biz elə bir cəmiyyətdə yaşayırıq ki, uşaqlıqdan ən kiçik səhvimizdə belə danlanmışıq, hər hansı pis hərəkət edəndə buna görə utanmalı olduğumuz öyrədilib. Nəsə səhv etmisənsə mütləq utanmalı, özünü pis hiss etməli, vicdan əzabı çəkməlisən. Heç vaxt bizə özünü bağışlayarq, özünü yaxşı hiss edərək səhvi düzəltmənin mümkün olduğu öyrədilməyib. ️ Bu səbəbdən böyüdükcə şüuraltımızda formalaşan bu günahkarlıq hissi bizim də başqalarına qarşı, xüsusilə də övladlarımıza qarşı eyni cür rəftar etməyimizə gətirib çıxarır. Bu günahkarlıq hissi həm də bizdə bir travma olaraq özünü göstərir, rahat, xoşbəxt yaşamağımıza həmişə mane olur. ️ Ona görə də özünü bağışlamaq bizə çətindir. Şüuraltımızda o günahkarlıq hissi buna imkan vermir. Özümüzü bağışlaya bilmədiyimiz üçün özümüzü sevə də bilmirik. Bu da bizdə dəyərsizlik hissinin yaranmasına səbəb olur. Dəyərsizlik hissi münasibətlərimizə mənfi təsir göstərir və bu zəncirvari olaraq belə davam edir. ️ Adem Güneş kitabda həm bu travmaların şüuraltı səbəblərini, köklərini eyni zamanda bundan qurtulmaq üçün müxtəlif texnikalar təqdim edir ki, siz evinizdə də bunaları tətbiq edə bilərsiniz. Kitabın ən çox bu yönünü sevdim. Üstəlik, dili də çox anlaşıqlıdır, geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Psixologiyaya marağınız varsa, yaxud bu mövzu sizə maraqlıdırsa oxuyun. Amma, hətta marağınız yoxdursa da özünü bağışlama hamımızın ehtiyacı olan mövzudur. Sırf buna görə belə oxumağa dəyər.
Psikoloji
Kendini AffetAdem Güneş · Timaş Yayınları · 20211,402 okunma
·
76 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.