7/10
·68 syf.··
2022 13. kitabı
·
21 saatte okudu
·
Okunma: 28 Şubat 2022 15:13
Çexovun düşünən insanın mənəvi cəhətdən tənhalığını tam şəkildə əks etdirən bu novellasında dərin fəlsəfi düşüncələri olan bir həkimin “Altıncı koğuş”-a necə düşməsinin hekayəsini oxuyuruq.Yazar burada müxtəlif hisslər və onların yarada biləcəyi nəticələrə,cəmiyyət və onun müxtəlif problemlərinə toxunur.Fərdin qorxu,peşmanlıq,tənhalıq kimi duyğularının ustalıqla təsvir olunduğu bu hekayədə təqibolma maniyasından əziyyət çəkən İvan Dmitriç və həkim Andrey Yefimıç arasındakı fəlsəfi və düşündürücü münaqişə əsas yeri tutur.Həkimin öz məsuliyyətlərini doğru şəkildə yerinə yetirməməsi və bunun onda və cəmiyyətdə yaratdığı təsirlər,dəlixanadakıların bəzən cəmiyyətdəki ziyalılardan daha ağıllı ola bilməsi,anlaşılmamağın insanı hansı yerlərə gətirə biləcəyi və sondakı peşmanlığın çox vaxt fayda verməməsi kimi mövzular üzərində də maraqlı fikirlər verilir.Çexov bu əsəri ilə həmin dönəm Rusiyada ölkənin problemlərinə kənardan baxan,həll yolları axtarmayan ziyalıları,nüfuzlu şəxsləri tənqid edir. Həkim Andrey Yefimıç'in tənhalığını “Kış uykusu” filmində Haluk Bilginerin canlandırdığı Aydın xarakterinin tənhalığına çox bənzətdim.Sonradan oxuduğuma görə, filmin rejissoru Nuri Bilge Ceylan filmlərində Çexovun əsərlərindən təsirlənibmiş.Yəni bənzətməm boşuna deyilmiş : ) Öyrədici cəhətdən 10/10-luq əsər olsa da,ədəbi cəhətdən tam doyum yaşadım deyə bilmərəm.Bir şeylər yarım qalmış kimi,kitab çox tez bitmiş kimi bir hiss qaldı içimdə..
Edebiyat
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202687,3bin okunma
·
784 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Dərin düşündükcə tənhalaşan və düşünən birinin bu sivilizasiyada dəli sayılması. Əslində elə insan hər şeyin dərinliyinə varıb anladıqca dəli olur. Ən ağıllılarımız ən dəlilərimizdir bəlkə də ) Andrey Yefimiç çatılması çətin olan zirvədir )
Ayçilər
Gönderi Sahibi
Dahilik və dəlilik arasında incə bir xətt var,cəmiyyətin müəyyənləşdirdiyi qəliblərə uyğunlaşmayanda dahilər də dəli adlandırılır) Andrey Yefimiçə gəldikdə isə,düşüncələrinə görə bəlkə də zirvə idi,amma qınanılası tərəfləri də çoxdur bir xarakter kimi.