Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

396 syf.
9/10 puan verdi
·
Beğendi
·
33 günde okudu
Qeyri-adi xəyal dünyası, sehrli bir yuxu aləmi... ("Time")
Əsərdə İkinci Dünya müharibəsinin sonlarında İtaliyada tərk edilmiş San-Cirolamo villasında fərqli və keşməkeşli həyatlar yaşayan dörd şəxsin taleyini görürük, yarı gizli, yarı aşkar. Onlardan biri İngilis Pasiyentdir, kimliyi və nələr yaşadığı bir neçə aydır, heç kimə bəlli olmayan o sirli casus. Digər şəxs, kişilər arasında onlardan fərqlənməyən, bütün əzablara qatlanan tibb bacısı Hana. Sevdiyi insanları itirdikdən sonra özünü xəstə pasiyentinə həsr edir. Cəsarətinə və dözümlülüyünə heyran qaldım, həqiqətən də. Dörd şəxsdən bir digəri keçmiş oğru Karavaco. Hananın axtarışında olarkən bu ucsuz-bucaqsız ərazidəki yeganə villaya gəlib çıxır. Və hind əsilli minaaxtaran Kirpal Sinqh, qısacası, Kip. Təsadüfi şəkildə villaya gəlib çıxır və bu dörd şəxsin həyatlarının kəsişmə nöqtəsində qırıq-sökük xatirələr, iztirablar ani şimşək kimi kitaba işıq tutur, qaranlıq qalan məqamları işıqlandırır. İncə zövq və dərin zəka məhsulu olan bu əsərdəki gerçək məqamlar, elmi faktlar və yanaşmaların sizi özünə cəlb edəcəyini və axıcılığında itib-batacağınızı düşünürəm. Əsərdəki hadisələrin təsviri, keçmiş və indiki zamanlar arasında olan ani keçidlər mükəmməl idi. Əsərin sonlarında məni daha çox təsirləndirən məqamlardan biri də Xirosima faciəsinin təsvir edilməsi oldu ki, cümlələrin qüdrəti o anı anlatmağa yetirdi və artırdı. Həqiqətən də, çox bəyəndim. "Qızıl Buker" mükafatı boş-boşuna verilməmişdir, əlbət :) Əsəri oxumağınızı və bu həyəcan və maraq doğurucu anlara özünüzün şahid olmanızı tövsiyə edirəm. Kitabla qalın
İngilis Pasiyent
İngilis PasiyentMichael Ondaatje · Teaspress Nəşriyyatı · 0231 okunma
·
258 görüntüleme
admiral914 okurunun profil resmi
Gözəlim necə də özəl cümlələr qurub, özənlə bəzəyərək kitabı təsvir etmisən. Könlünə sağlıq💖💫
Samirə Abbasova okurunun profil resmi
Ya, təşəkkürlər, tatlım💜🥰
Near okurunun profil resmi
Əllərinə sağlıq, maraqlı və gözəl yazmısan🤩❤ Kitab diqqətimi çəkdi <3
Samirə Abbasova okurunun profil resmi
Təşəkkürlər, quzum💜 Çox maraqlı idi, sadəcə zaman məhdudiyyətindən gec bitirdim🥲
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.