10/10
·464 syf.··
Beğendi
·
2022 23. kitabı
·
5 günde okudu
·
Okunma: 16 Mart 2022 21:20
Bu kitabı ən yaxın dostlarımdan biri @kuzey_yildizim ilə birlikdə oxudum. Kitaba başlamazdan əvvəl bəyənməyəcəyimi düşünürdüm. Amma çox bəyəndim. Kitab özünü sevdirən kitabdı. Seriya kimidi. 2 kitabdı. Digərini isə apreldə ya da mart ayının sonu oxumaq istəyirəm. Kitabın mövzusu. Əsas obrazın adı Serçe Sevinçdir. Serce müştəri xidmətlərində işləyir. Yəni hər hansı bir məhsulun satılması, dəyişilməsi, geri qaytarılması və s. məşğul olur. Hər hansı bir müştəri zəng vurur və ona ya da başqalarına qoşurlar. O da həll edir. Zəngin sonunda müştərilər ona xal verir. Xal 1- dən 10 - a qədər idi. İşçilər arasında rəqabət də var idi, kim daha yüksəkdə olursa, qazancları artırdı. Serçe öz işində çox yaxşı idi. Ancaq bir gün zəngə onun həyatını gələcəkdə dəyişdirəcək Ceyhun qoşulur. Ceyhun zarafat məqsədi ilə zəng vurmuşdu əslində. Ancaq sonra elə şey edir, ondan sonra davamlı olaraq bir şərtlə müştəri xidmətlərinə zəng vurur və neçə dəfə zəng vurur ki, Serçe ilə danışsın. Serçenin ən sevdiyim xüsusiyyətlərdən biri əzmkar, özünü qorumağı bacaran qadın olması idi. Kitabın digər sevdiyim tərəfi isə gülməli olması idi. Əgər rahat, axıcı kitab oxumaq istəyirsinizsə, bu kitabı oxuya bilərsəniz.
Edebiyat
Operatöre Bağlanıyorsunuz - 1K. Kübra Berk · Ephesus Yayınları · 20215,2bin okunma
·
390 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Uhuhu, mövzusu maraqlı imiş <3
Aceso
Gönderi Sahibi
Ixıxl🤣🤣🤣 Thanks💖
Əla💛
Aceso
Gönderi Sahibi
Sən də yaz. 🥰