Bugün uzun müddətdir(3ay) oxuyub bitirməyə çalışdığım və eyni zamanda bitdiyi üçün də bir o qədər heyfsləndiyim kitab haqqlnda danışacam.
Lev Nikolayeviç Tolstoy “Anna Karenina”
Müəllif haqqında əvvəlki postların(story bölməsinə əlavə edəcəm) birində geniş məlumat olduğu üçün birbaşa romana keçirəm. “Anna Karenina” 1873-77-ci illərdə qələmə alınmış realist və avtobioqrafik romandır. Əsasında bir çox film çəkilmişdir. Dünyada ən çox tərcümə olunan kitablardandır. Əsər mövzu baxımından çox zəngindir. Belə ki, burada aristokrat sinfinin yaşamı, Çar Rusiyasının idarəetmə üsulları, dövrün ailə münasibətləri, təhsil sistemi, sahibkar-işçi münasibətləri, rus mədəniyyəti və incəsənəti haqqında kifayət qədər geniş məlumat əldə bilərsiniz. Tolstoy həmçinin, çox böyük ustalıqla obrazların daxili dünyasını açarkən, psixologiya, fəlsəfə və sosiologiyaya da toxunub. Əgər çox təsvir sevmirsinizsə, ixtisarlı versiyasını oxumağı tövsiyə edirəm (məndəki orginal versiya idi, bəzən təsvirlər yorurdu). Hadisələr Moskvada və Peterburqda cərəyan edir. Məzmununu bir cümlə ilə ifadə edib yekunlaşdırmaq istəyirəm: roman gənc, baxımlı, həyat dolu, geniş dünyagörüşlü Anna Kareninanın evli olduğu halda, başqa biri ilə qurduğu münasibətdən bəhs edir. Daha geniş məzmun internet saytlarında olduğu üçün təhlil daha maraqlı olar deyə düşünürəm. Həddən çox obraz olsa da, hadisələrin birbaşa iştirakçıları Anna, Aleksey Aleksandroviç, Vronskiy, Levin, Kitty və Dollidir. Romanı oxuyanlar adətən iki qrupa ayrılır: Annanı qınayanlar və onun cəsarətinə heyran olanlar. Açığı mən tam olaraq özümü bu qruplardan birinə aid edə bilmədim. Qınamadım, çünki bu həyat bizə bir dəfə verilir və xoşbəxt olmaq hamının haqqıdır. Anna da sadəcə xoşbəxt olmaq istəyirdi. Dəstəkləmədim, çünki oğlu Seryojanı atıb getməyini qəbul edə bilmirəm. Ki məncə Annanın intihara sürükləyən məhz bu vicdan əzabı idi. Etdiyi seçimin yanlış olduğunun fərqinə varır, Vronskiy üçün dəyməzmiş deyə düşünür və çıxış yolu olaraq ölümü seçir. Annanın cəsarətinə heyran oldum mu, oldum. Çünki, nə o dövrdə, nə yaşadığımız əsrdə cəmiyyətə rəğmən, axına qarşı hərəkət etməyi hamı arzulasa da, çox az adam bacarır. Annanın verdiyi qərarın arxasında durmağı, onu qəbul etməsələr belə insanların arasına qarışmaq cəsarəti məni heyran etdi. Məsələnin dərininə varsaq, görərik ki, yanlış məhz qurulan evliliklə başlayır. Aleksey Aleksandroviç ciddi, vəzifəsinə önəm verən, sərt görünüşlü, bir o qədər də mərhəmətli insandır və Annayla heç bir ortaq cəhətləri yoxdur( 20 yaş böyükdür həm də). Əgər evlilikdə tərəflər arasında sevgi, ortaq maraq, zövq, söhbət mövzusu yoxdursa, bir sözlə heç bir tərəf xoşbəxt deyilsə, o zaman davam etməsinin də bir mənası yoxdur. “Camaat nə deyər” ə rəğmən bu bitməlidir. Çünki, bu ailədə böyüyən uşaqlar da çox zaman sağlam psixologiyada olmur(istisna hallar ola bilər).Anna və Alekseyin evliliyi də bu cür evlilik idi, Vronskiy bitməsi üçün sadəcə bir qığılcım oldu. Qeyd edim ki, mən Alekseyi də günahlandırmıram. Çünki, o da məcburən evlənmişdi: “ Aleksey Aleksandroviçin valiliği sırasında, o ilin zenginlerinden bir hanımefendi olan Anna’nın halası, yaşça olmasa da vali olarak genç sayılan Aleksey Aleksandroviç’i yeğeniyle tanıştırdı ve onu öyle bir duruma düşürdü ki, ya evlenme teklifi edecek ya da kentten gidecekti. Aleksey Aleksandroviç uzun süre kararsız kaldı. O zaman bu evlenme adımının yararına ne kadar gerekçe varsa, zararına da o kadar gerekçe vardı ve bağlı olduğu bir kuralı, kuşku duyduğu bir şeyden kaçınma kuralını değiştirmek zorunda bırakacak kesin bir neden de yoktu; ama Anna’nın halası bir tanıdığı aracılığıyla ona kızı lekelediği ve evlenme teklif etmenin artık namus borcu olduğu şeklinde bir telkinde bulundu. Aleksey Aleksandroviç teklifini yaptı ve nişanlıyken de, evlendikten sonra da gösterebildiği yakınlığı hep gösterdi.” Burdan bu nəticəyə gəlirik ki, əslində bizi qınayan “cəmiyyət”dir yanlış seçimlərimizin səbəbi…
Vronskiyə gəldikdə isə, onu tam anlamıyla sevə bilmədim, hətta deyərdim ki, mənə görə əsas günahkar Vronskiydir. Çünki o hisslərini Annaya açanda rədd edildi. Buna baxmayaraq, Annanı razı saldı amma hisslərinin arxasında dura bilmədi. Hiss deyirəm, çünki mənə görə bu qəti sevgi deyil, sadəcə bir ehtiras idi. Anna bu ehtirasa qurban getdi. “Her durumda ona her şeyimi verebilirim, ama bir erkek olarak bağımsızlığımı veremem”. Vronskiy də öz vəzifəsini, cəmiyyət içində hörmətini, sosial statusunu itirir, amma bunu qəbul edə bilmir, etiraf etməsə də atdığı addımın yanlış olduğunu dərinlərdə hiss edir. Annanın ölümündən sonra o da könüllü olaraq cəbhəyə yazılır, bəziləri bunu da bir növ intihar adlandırır. Elə olsa belə, bu sevgidən yox, duyduğu vicdan əzabından qaynaqlanır. Əsərin hansı cümlə ilə başladığı yəqin ki, hamıya malumdur: “Bütün mutlu aileler birbirine benzer, her mutsuz ailenin mutsuzluğu kendine özgüdür”. Burdakı xoşbəxt ailə Levin və Kiti üçün yqzılıb. Levin xarakter baxımından dəyişkən, bir qədər kompleksli oğlandır. Müəllif kənd həyatını, insanını Levinin timsalında təsvir edib. Amma Kitini bütün qəlbiylə, saflığıyla sevir, hətta bir dəfə rədd cavabı alıb, qüruru qırılsa belə. Kiti isə saf, heç bir məqsədi olmayan, yazılmış-yazılmamış qanunlara sorğusuz-sualsız əməl edən, sakittəbiətli bir qızdır. Onlar evlənirlər, bir uşaqları olur və xoşbəxt yaşayırlar, yəni bütün xoşbəxt ailələr kimi…
Romanı oxuyan bir neçə nəfərlə müzakirə etdik, hər kəs fərqli aspektdən yanaşır, fərqli cür görür. Bu da bir daha Tolstoyun dahiliyini sübut edir. Sizin də fikirləriniz maraqlıdır. Şərhlərdə gözləyirəm