·280 syf.··Beğendi
···Okunma: 20 Mart 2022 15:45 · Bu kitabı çoxdandır oxumaq istəyirdim. Marafon səbəbi ilə oxudum. Ancaq "Şeker Portakalı" kitabı kimi çox bəyənmədim. Bu kitaba başlayanda ilk kitab kimi olacağını düşünməyin.
Həm bu cəhətdən bəyənmədim, həm də çox yavaş gedir mənə görə bu kitab.
Kitabda Zeze ilk kitaba görə böyüyüb və onu başqa bir ailə övladlığa götürüb. Bu ailə varlıdı, ancaq Zeze ilə o qədər mehriban deyillər, amma Zezenin gələcəkdə çox yaxşı olması üçün çalışırlar. Yaxşı məktəbə qoyurlar, piano öyrənməyi üçün müəllimə yanına göndərirlər. Ancaq o yaşda Zeze onları bəyənmir. Çünki ailəsi ona müəyyən cədvəl təşkil edir. Bu saatda məsələn piano çalmalı, ondan sonra yarım saat dincəlmək. Onların dediyini etsə, icazə verirlər kinoya getsin. Etməsə isə qoymurlar. Həm də məcbur edərək Zezeni kilsəyə də göndərirlər. Zeze orda günahlarını çıxardır. Zezenin ilk kitabda olduğu kimi burda da xəyali dostları var. Bir gün yatanda yanına danışan qurbağa gəlir. Adı Adam idi. Adam onun ürəyinə daxil olur və Zezenin tam böyüməyinə qədər də orda qalır. Zeze ilk vaxtlar onla səsli danışır, ailəsi ona qəribə baxır, ancaq sonra daxilən danışmağı öyrənir. Zeze ata qayğısı görmür deyə kinoda olan obraz Maurice özünə ata seçir. Sanki Maurice hər axşam onun yanına gəlir onla danışır. Yalnız Maurice yox başqa obrazları da ailəsi kimi görür. Kitab Zezenin 15 yaşında bitir.
Mövzu olaraq maraqlıdı. Amma məncə "Şeker Portakalı" kimi yaxşı deyil.