Gönderi

Puan vermedi·328 syf.··
2022 3. kitabı
·
8 günde okudu
·
Okunma: 19 Mart 2022 20:26
Kitabla ilk dəfə Friends filmində Joey və Monicanın söhbətində tanış olmuşdum. Uzun zamandır oxuma listemdə var idi, və nəhayət ki okudum. Louisa Alcott'un avtobioqrafiyası kimi də qiymətləndirilir "Küçük Kadınlar". Lakin Marchlar ailəsində gördüyümüz ata obrazı ilə Alcottlar ailəsindəki ata obrazı fərqlidir. Bronson Alcottun işlərinə daha çox diqqət ayırması səbəbi ilə ailəsiylə münasibəti kitabdakı kimi bir- birilərinə bağlı olmamışdır. "Küçük Kadınlar" ın nəşri zamanı Bronson Alcott buna qarşı çıxmışdır. Nəşriyyat sahibi isə buna qarşılıq olaraq kitabın nəşrinə icazə verməzsə, həmçinin onun fəlsəfi kitabını da nəşr etməyəcəyini bildirir. Beləliklə, 1868 ci ildə kitab nəşr olunur. Kitabda dörd fərqli xarakterə sahib olan bacıların macəralarını və özünü kəşf yollarını oxuyur. Oxuyarkən bu ailəni qısqanmamaq əlimdə deyil. Hazırladıqları tamaşalar, sahib olduqları dostluqlar, oynadıqları oyunlar eh eh.. Xüsusilədə, Bayan Marchın qızlarına verdiyini tövsiyələr, onlara müdaxilə etmədən yol göstərməsi ən sevdiyim və dəfələrlə oxuduğum hissələrdir.Kitabdakı Bayan March xəyalımda olmaq isdədiyim ana obrazını canlandırdığını oxuduğum zamanki zövq əvəzsiz idi.
Edebiyat
Küçük KadınlarLouisa May Alcott · Türkiye İş Bankası Kültür Yayınları · 202019,5bin okunma
·
188 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.