Gönderi

Nə var Allahdan yuxarı? Nə var qəbirdən aşağı? Çəkdiyim ahdan yuxarı Bildiyim sirdən aşağı? Niyə günün gündüzündə Quşlar azır göy üzündə? Göz yaşları quş gözündən Tökülür dən-dən aşağı. Demə, biz ki quş deyilik, Allaha tanış deyilik... Ruhum, dur, yığış, gedirik, Sən yuxarı, mən aşağı...
·
44 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.