Gönderi

Adamın axırına çıxan dərd...
Ağlanmayan dərdə də var; göz yaşından yuxarı. Nə bir kərə ah çəkir, nə səsini çıxarır. Bir küncündə ürəyin kirimişcə uyuyur, Tüstülənir eləcə, nə sönür, nə soyuyur. Yanından başılovlu çaparaq dərdlər keçir. Dərd demə, atam oğlu, elə bil atlar keçir. Çat-çat olub yarılır neçə yerdən ürək də. Qanlı ləpirlər qalır o dərdlərdən ürəkdə. ...Ağlanmayan dərd də var; bir damla yaşa həsrət. Quru-quru adamın axırına çıxan dərd...
Sayfa 402 - Qanun Nəşriyyatı
·
165 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.