Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

80 syf.
10/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Stefan Zweig - “Olağanüstü Bir Gece”.
Stefan Zweig - “Olağanüstü Bir Gece”. Kitab haqqında düşüncələrimi paylaşmamışdan öncə ilk bunu bildirmək istəyirəm ki, kitabı tamamilə üz qabığı şəklinə görə, Van Gogh’un “The Stary Night” əsərinə vurğun olduğum üçün almışdım. Çünki o əsər mənim üçün xüsusi olaraq dəyərlidir və qəlbimdə fərqli hislər yaradır. “The Starry Night” rəsm əsəri kimi “Olağanüstü Bir Gece” də mənim qəlbimdə xoş hisləri yaratmağı bacarmışdı. Əsərin baş qəhrəmanı - Baron Fredrich Michael von R. kimi mən də eyni zamanda onunla birlikdə “hissizliyi”, “duyğusuzluğu” və “qəlb soyuqluğunu” yaşadım. Qəlb soyuqluğu hissi ilə tanışam və sətirləri oxuduğum zaman bir çox cümlədə özümü tapdığım doğrudur. O artıq hiss etməyə başlayanda, yenidən içində duyğular canlanmağa, insanlara qarışmağa başlayanda onunla birıikdə mən də sevindim… İnsanlara yaxın ola bilməmək hissi də mənə tanışdır, düşüncəmə görə, bunun nəticəsindədir yaranan qəlb soyuqluğu hissi. Onun yenidən həyata qayıtması, özünü yenidən canlı və hisləri olan biri kimi hiss etməsi məni də çox sevindirmişdi.
Olağanüstü Bir Gece
Olağanüstü Bir GeceStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2023144,8bin okunma
·
65 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.