Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

216 syf.
9/10 puan verdi
·
7 günde okudu
Zəmanəmizin qəhrəmanı ilə tanış oldum.. Rus ədəbiyyatında 19-cu əsrin ilk yarısında cərəyan edən "gərəksiz insan" ədəbi tipi ilə tanış olduğumuz Lermontovun yeganə romanı olan "Zəmanəmizin qəhrəmanı" bizə Peçorin kimi bəzən pis niyyətli,bəzən dürüst,bəzən qarışıq amma əsla qınaya bilmədiyimiz və empatiya qurmağa çalışdığımız bir personaj hədiyyə edir.Əsərin baş qəhrəmanı Peçorin özündən sonrakı "gərəksiz insan" ədəbi tiplərinə rəhbərlik edir. Əsərdə yaradılışın və həyatın anlamını axtaran,lakin tapa bilməyən fərdin insanlara yanaşma tərzi və baxış bucağı ilə tanış olur,ətrafa Peçorinin gözlərindən baxırıq. Kitabın müqəddiməsində də deyildiyi kimi,Peçorin yalnız bir şəxs deyil,bizim dönəm insanlarının nöqsanlarını təcəssüm etdirən bir portretdir.Peçorinin pislik etməkdən,insanların hissləri ilə oynamaqdan zövq alışı,manipulyativ strategiyaları,eqoizmi,düşüncələri oxucuda güclü maraq doğurur.Bir prototip olaraq dəyərləndirə biləcəyimiz Peçorin bir tərəfdən dövrünün ziyalısı,intellektual və dünyagörüşlü bir gənc profili ilə,digər tərəfdən isə duyğusuz,insanları alçaldan,bədbəxtliklərindən həzz alan ziddiyyətli xarakteri ilə qarşımıza çıxır.O, yalnızca ağlı və eqosu ilə hərəkət edir. İnsanlara yuxarıdan aşağı baxır,onları aşağılayır.Bu isə onun öz ruhunun aşağılanması ilə əlaqəlidir.Peçorin hər şeyə sahibdir;pula,mal-mülkə,nüfuza və s.Lakin xoşbəxtliyə sahib deyil və demək olar ki,onu axtarmır da. Peçorinin mükəmməl şəkildə təsvir olunmuş şəxsiyyət çaxnaşmaları əsərdə qadın personajların köməyilə üzə çıxarılır.Qadın personajların əsas qəhrəmanın cəsarətsizliyinin,eqoistliyinin,məsuliyyətsizliyinin səbəblərini anlamaqda və onun daxili dünyasını açmaqda rolu böyükdür.Əsərdəki qadın personajlar bir- birinə tamamilə zidd xarakterlər olsalar da,onlar cəsarət,sevgini gizlətməmək kimi mövzularda ortaq nöqtədə birləşirlər. Kitabın adının "Zəmanəmizin qəhrəmanı" olması da sanki kinayəli bir ironiyadır.Düşünürəm ki,həyatın müəyyən dövrlərində hər birimiz Peçorin kimi boşluğa düşür,şəxsiyyət parçalanmaları yaşayırıq.Lakin çalışmaq lazımdır ki,bu davamlı olmasın. Əsəri Azərbaycan dilində "Parlaq imzalar" nəşriyyatından oxudum.Tərcümə yaxşı idi,sevdim.Türkcə və ingiliscəsinə də göz gəzdirdim. Son olaraq maraqlı bir alıntı ilə bitirirəm: "Grushnitski : My friend, i hate people to avoid despising them because otherwise, life would become too disgusting a farce. Pechorin: My friend, i despise women to avoid loving them because otherwise, life would become too ridiculous a melodrama."
Zəmanəmizin qəhrəmanı
Zəmanəmizin qəhrəmanıMihail Yuryeviç Lermontov · Parlaq İmzalar/ · 04,428 okunma
·
2.417 görüntüleme
Ferman Mamedov okurunun profil resmi
Peçorin obrazı mənə, 'nə əkərsən, onu da biçərsən' atalar sözünü xatırladır. Gözəl incələmə olmuş 👍 Bu əsər zəmanəmizdə ən çox oxunan romanlardan biri olmalıdır.
Ayçilər okurunun profil resmi
Qatılıram :) Təşəkkürlər.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.