Gönderi

7/10
·56 syf.··
Beğendi
·
2022 10. kitabı
İlk əvvəl yazıçı, öz xoşbəxtlik modelini bizə təqdim edərək digər xoşbəxt olma yaxud bədbəxtlikdən qaçınma məslələrinə deyinir. Yazıçının ən çox nəzərə çarpan fikirlərində, xoşbəxtlik negatif bir yaşam, acılarla, əziyyətlə və daha çətin yaşanan bir həyatı isə, müsbət şəkildə ələ alır. Çunki, xoşbəxtlikdə reallıq yoxdu və bu sadəcə bizim şüurumuzdan asılı olan bir məfhumdu amma acı çəkməmiz realdı. Yəni xoşbəxt olmaq üçün xoşbəxt olmaq lazım deyil, sadəcə acını özümüzdən uzaq tutmaq lazımdı. İkinci ələ aldığı məsələ sağlamlıqdı. Yazıçıya görə özündən xarici olaraq gələn xoşbəxtlik sağlamlıq olmadıqda heç bir təsir bəxş etmiyəcək sənə, nəinki daxildə olan xoşbəxtlik. Ona görə gənc yaşlarda hətta daha yaşlı zamanlarda belə öz sağlamlığını gücə, pula, işə və tərzi arzulara görə qurban vermək, xoşbəxtliyə çata bilməməyin ilk addımıdı. Çunki çatdığınız nöqtədə artıq sağlamlıq olmadığına görə xoşbəxtdə ola bilməyəssiz. Üçüncü bir yanaşmada paradoksal bir yanaşmadı. Xoşbəxt olmaq üçün dərin deyil daha üzdən baxan və düşünməyən biri olmağın vacibliyini çatdırır. Ona görə dahi insanlar melankolik yaşamağa məhkumdurlar.Nəticədə daha zəif baxış açısı yada zəkası olacaq insanın xoşbəxt olacağı irəli sürülür. Bu çətinlikdən qurtulmağın yeganə yolu isə xoşbəxtliyi içsəl yaşamaq və özümüzdən gələn pozitiflliyi yarada bilməkdir. Bunun üçündə kişilik vacibdir. Fəzilətləri(erdem), vicdanı, inkişafı və məqsədi olan bir kişilik... Və Platonun dərəcəlilik qanunu həmişəki kimi öz yerindədir. Yəni xəyal, ümid, arzu və əksi olaraq negatif olan bütün hissləri dərəcə ilə nəzarət altına almaq. Çunki müsbət hisslərdən gələcək əldə olunmama hissinin vurduğu zərbəni, eyni dərəcədə artıq yaranmış qorxu tərzi negatif hisslər yaşada bilər..Ona görədə hər iki hissdə yaşanacaq məyusluq və hədsizliyi bu tərz yaxınlaşma ilə ən aza endirmək mümkündür.
Felsefe
Mutlu Olma SanatıArthur Schopenhauer · Can Yayınları · 202017,7bin okunma
·
141 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Möhtəşəm təhlil👍