Spoilər ola bilər.
10/10
·339 syf.··
Beğendi
·
2022 8. kitabı
·
7 günde okudu
·
Okunma: 01 Mayıs 2022 00:39
Kitabı nəhayət ki oxuyub bitirdim, kitabı oxumama səbəb olan Aceso'ya təşəkkür edirəm. Kitabı oxuduğum zaman keçirtdiyim hissləri sözlə demək sadəcə imkansızdır. Əvvəla, kitabdakı çinlilərə qarşı ayrı-seçkiliklə başlamaq istəyirəm. Təəssüf ki, hal-hazırda da əksər ölkərdə bu cür hallar çox baş verir; əsasən, dərisinin rənginə, dininə, irqinə və s. görə. Bu cür halların qarşısını almaq üçün bəzi tədbirlər görülsə də, yenə də davam etməkdədir. Təhlilim; Əsər Lydia adlı qızın səhər evdən müəmmalı itməsi ilə başlayır. Və bir neçə gün sonra qız göldə ölü olaraq tapılır. Əsərdəki heç bir obraz xoşbəxt deyil, yalnız hər şeyi, hər kəsi səssizcə kənarda izləyən Hannahdan başqa. Əsərdəki digər bir şey isə uşaqlar arasındakı sevginin düzgün bölünməməsidir. Sevgini yalnız ailənin bir övladına bəxş edib qalanlarının varlığını belə bəzən unutmaq günahdır, məncə. Axı hər kəsin sevgiyə, qayğıya ehtiyacı var... Anası Marilyn, qızının ölümünün intihar olduğuna inanmaq istəməsə də, təəssüf ki, həqiqət bu idi. O qızını çox yaxşı tanıdığını düşünsə də, yanılırdı. Çünki heç vaxt qızının arzularını soruşmamışdı belə. Qızının həyatını özünün istədiyi bir həyat kimi qurmağa çalışmışdı həmişə; dərs oxumaq, çalışmaq və həkim olmaq. Atası isə qızının məşhur olmağını, çoxlu dostları olmağını istəyirdi. Bunlar da onun istədiyi həyat idi. Lakin onlar bütün sevgilərini Lydiaya vermişdilər. Həmişə onun yaxşı olmağını istəyirdilər. Nath və Hannah isə gözlərində ikinci dərəcəli idilər sanki... Lydianın istədiyi isə tamam başqa cür həyat idi. Və elə onun intiharına səbəb də elə bu olmuşdu. Əsərdə digər diqqətimi çəkən məqamlardan biri də Jamesin Marilynə xəyanəti idi. Bu kimi hallar da olmaqda davam edir. Lakin bunu edərkən necə də övladlarını gözlərinin önünə gətirmirlər?! Axı sənin övladların, həyat yoldaşın, ailən var, onlara qayğı höstərmək əvəzinə, niyə xəyanəti üstün tutasan?Hətta necə bir vaxtda; qızının dəfnindən heç 2 gün keçməmiş, həyat yoldaşının bütün günü qızının otağında ağladığı vaxt... Əsəri oxumağı mütləq tövsiyə edirəm, oxusanız, necə hisslər keçirdiyimi bəlkə anlayarsınız. Təhlilim bu qədər, Kitabla qalın, sağlıqla qalın.
Sana Söyleyemediğim Her ŞeyCeleste Ng · Martı Yayınları · 20191,398 okunma
·
637 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Dronqo
Gönderi Sahibi
#165618416 İçimdən bunu niyə bura yazmaq gəldi bilmirəm, ama bu gün bu yorumda haqqında danışdığım qadının yoldaşı da rəhmətə getdi. Bəlkə də, o biri dünyada daha xoşbəxt olacaqlar:/
İncələmən çox gözəldi. 👍🏻 Kitab həqiqətən çox qəşəngdi. İnsan təsirindən çıxa bilmir. Çox fərqli kitabdı. İlk oxuyanda insan düşünür dedektiv kitabı ola bilər, amma əksi olur.
Dronqo
Gönderi Sahibi
Və heç vaxt xoşbəxt olmadı bu dünyada,anasının dediyi kimi...