10/10
·355 syf.··
Beğendi
·
2022 11. kitabı
·
6 günde okudu
·
Okunma: 07 Mayıs 2022 17:25
Bülbülü öldürmək. Çoçuğun dili ilə, çoçuğun o hələ heç kirlənməmiş, kibirdən, ayrımcılıqdan uzaq, insan varlığının mərhəmət və sevgiylə ölçülən qəlbindən süzülüb gələn şahidi olduğu həyatların hekayəsi. Əsərin ortasına qədər niyə adının “Bülbülü öldürmək” olduğunu düşündüm. Bülbül kim idi ? Bülbüllər mahnıları ilə bizləri şənləndirir, bağırları çatlayanacan da başqaları üçün yaxşı bir şey eləməkdən vaz keçməzlər. Bülbül böyüklərin dünyasından qaçıb uşaqların gizli qəhrəmanına çevrilən Boo (Arthur) Radley idi, bülbül mərhəmətin, irqçiliyin qurbanı olan Tom Robbinson idi, bülbül ürəyini kirlətməmiş, övladlarını yalnız və dürüst böyüdən ata və ədələt və vicdan tərəzisi doğru tartan vəkil Atticus, bülbül Maudie, Calpurnia kimi bəyaz və qara dərililər idi. Bəlkə də biz böyüyərək içimizdəki şakır-şakır ötən bülbülü öldürürük, çıxarlarımız, kibrimiz naminə.
Edebiyat
Bülbülü ÖldürmekHarper Lee · Sel Yayınları · 201488,7bin okunma
·
96 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.