Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

128 syf.
10/10 puan verdi
·
4 saatte okudu
Salamlar))) Bugün sizlərə ədəbiyyatımızın böyük yazarlarından biri olan Səməd Vurğun və onun qələmə aldığı "Vaqif" əsəri haqqında qısaca məlumat verəcəm. Səməd Vurğun Azərbaycanın ilk "xalq şairi"dir. Ədəbiyyatımıza bir çox şeir, məqalə, məruzə, poema və dram qazandırmışdır. 1936, 1937-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklədə məşğul olmuşdur. Puşkinin "Yevgeni Onegin" romanını dilimizə tərcümə etmiş və ona "A. S . Puşkin medalı" təqdim olunmuşdur. 1937 -ci ildə S.Vurğun ölməz əsəri olan "Vaqif"i qələmə almıştır. Əsərdə Molla Pənah Vaqifin faciəvi həyatını, şairin böyüklüyünü, vətəninə bağlılığını bizlərə əks etdirmişdir. S.Vurğun M.P.Vaqif obrazı ilə xalqın əyilməzliyini, müdrikliyini və mənəvi zənginliyini ifadə etmişdir. M.P. Vaqif yerli məmurların zülmünə qarşı xalqla birgə olmuş, xalqın tərəfində dayanmışdır. Əsərdə şair xalqın təmsilçisi kimi Qacara xalqın ürəyindən keçənləri deyir, xalqın nifrətini və qəzəbini çatdırır. S.Vurğun M.P.Vaqif obrazı vasitəsilə Azərbaycan xalq danışıq dilini, atalar sözlərini, canlı folklor nümunələrinin xeyli hissəsini dram dilinə qatmışdır. Bir çox tarixçi Səməd Vurğun haqqında danışdıqlarında onun əsərdə tarixi şəxsiyyətləri düzgün yazmadığını, Vaqifi onlardan uca gördüyünden bəhs edir. Mənim üçün "Vaqif" bir ədəbi əsərdir və onu oxumaqdan hər zaman böyük bir məmnuniyyət hiss edəcəm.
Vaqif
VaqifSamed Vurğun · Şərq-Qərb · 083 okunma
·
159 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.