8/10
·352 syf.··
2022 4. kitabı
·
9 günde okudu
·
Okunma: 13 Ocak 2022 16:19
" Yazılanı anlamıyorsan yazılmayana bak" Georges Perec uşaq yaşlarındaykən valideynlərini itirən Farnsız əsilli bir yazardır. İllərcə içində daşıdığı valideynlərindən qalan bu boşluq hissini, bir roman yazıb, həmin əsərdə tək bir hərfi yox etməklə əks etdirməyə çalışıb. Və həmin kitab elə bu "Kayboluş" əsəridir. 350 səhifə boyunca tək bir dəfə belə "e" hərfi istifadə edilməyib. Qeyd edim ki, Fransız dili "e" hərfinin ən çox istifadə edildiyi dillərdəndir. Kitab həmçinin Türk dilində də bu hərf istfadə edilmədən tərcümə edilib. Kitab nə qədər zədələnmədən ilərləmiş olsa belə, bəzən bu hərfin yoxluğunu hiss etdim. Çünki söz ehtiyatının sərhədlənməsi elə bir zərurət yaradıb ki, tərkibində e hərfi olan bir sözün sinonimini tapmalıdırlar. Bu da bəzi hisslərin mənim üçün anlaşılmasını çətinləşdirdi. Georgec Perec bu kitaba başlayarkən, onun oxunacağını, səs gətirəcəyini, və Fransız ədəbiyyatı üçün önəmli bir yer tutacağını düşünmürmüş. Ama təxminlərində yanıldı. Hətta əsəri yazarkən bir yerdən sonra improvizasiya edərək dəvam etdiyi bilinir. Adı kimi əsər boyu itmiş bir obrazın (və ya obrazların) axtarışında oluruq. Süjet xəttinin qarmaqarışıqlığı ilə növbəti səhifəni təxmin etməyiniz imkansız bir hal almağa başlayır. Rahatlıqla izah edilə biləcək, dəqiq bir süjet xətti olmayan; bir abzası bəlkə də təkrar təkrar oxumalı olacağınız; hətta anlamaq üçün kitabı başdan sona iki dəfə oxumağımızı gərəktirən, lakin heç vaxt bənzərini tapa bilməyəcəyiniz qeyri adi bir kitabdır "Kayboluş". "Mütləq oxuyun sizə çox şey qatacaq" deyə tövsiyyə edə biləcəyim bir kitab deyil. Ama dəqiq xatırlamadığım özsöz ya sönsözdə deyildiyi kimi: " mütləq ki kitabı bağlayıb kənara qoyduqda Georgec Perec'in bir cümləsi, sözü, bir hissi hər zaman sizinlə dəvam edəcək." Bu kitab sizə ən azı tək bir parça qatacaq. Hazırsızsa, bol-bol sual işrəsi sizi gözləyir. Oxur qalın gənclər.
Edebiyat
KayboluşGeorges Perec · Ayrıntı Yayınları · 20181,320 okunma
·
158 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.