Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

320 syf.
7/10 puan verdi
Əsəri ürək ağrısı ilə bitirdim. Özümü hadisələrin içində, qıraqdan baxan və olanları dəyişdirməyə çalışan,amma səsini çatdıra bilməyən kimi hiss edirdim. Kaş Mattia bu qədər soyuq, laqeyd, buz olmazdı. Etdiyi səhvi bir daha təkrarladı. Onu bütünlüyü ilə sevən Aliçeni ikinci səfər yenidən itirdi. Uşaqlıqda əqli çatışmazlığı olan bacısını, ekizini utandığı üçün parkda qoyub yığıncağa gedən, geri döndüyündə isə əkizi Mikelanı tapmayan Mattianın etdiyi bu hərəkət, onun ömür boyu öz təsirini göstərdi. Onu heç vaxt bağışlamayan bir ana, dəfələrlə intihara cəht edən və insanlardan tamam uzaqlaşan riyaziyyat bilikləri professorları təəccübləndirən Mattianın həyatı içinəqapanıq şəkildə yaşayaraq keçdi. Atası tərəfindən istəmədiyi halda xizək sürməyə məcbur edilən Aliçe keçirdiyi ölümcül qəzadan sonra şikəst ayaqla ömrünü sürməyə davam edirdi. Ailələri ilə bir o qədər mənəvi uzaq olan bu iki gənc, bir-birində tamamlandığı kimi, bir-birinə yad və uzaq həyat seçdilər. Bir kişinin qorxusu, bir qadının və özünün bədbəxtliyinə gətirib çıxardı. İçində sevgi, kədər, təəssüf, ehtiras, ehtiyat və s kimi hisslərin təcəssüm etdiyi bir əsər. Yaxşı ki, oxuduqlarımdan. ”Seçimlər bir neçə saniyədə edilir və cəzası geri qalan müddətdə çəkilirdi. Əvvəlcə Mikela, sonra Aliçe ilə belə olmuşdu və indi yenidən olurdu. Bu dəfə bu vəziyyəti tanıyırdı,saniyələr orada idi və o, bir daha səhv etməyəcəkdi.”
Sadə Ədədlərin Tənhalığı
Sadə Ədədlərin TənhalığıPaolo Giordano · Qanun Nəşriyyatı · 2018120 okunma
·
133 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.