Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

408 syf.
9/10 puan verdi
·
13 günde okudu
◼️"Ümidlərin izi ilə" kitabı Xocalı faciəsi ilə bağlıdır. Əsərdə hadisələr 2 xətt üzrə inkişaf edir: 90-cı illər və müasir dövr. Baş obrazlar Ramil və Aytəkindir. Ramil BDU-da müəllimdir. Aytəkinlə Xocalı hadisəsindən əvvəl elə bu univetsitetdə tanış olmuşdular. Bir-birinə aşiq olan gəncləri faciə ayırmışdı...Aytəkin Xocalıdan idi və 26 fevral hadisəsi zamanı orada idi. Sonradan əsir düşmüşdü...Aytəkin neçə-neçə əzablar çəkmiş, nələr yaşamışdı əsirlikdə...Ağla gəlməyənləri yaşayan belə onlarla həmvətənimizin olduğunu düşünəndə insanın düşmənə olan nifrəti daha da artır... ◼️Hadisələrin və obrazların uğurla əlaqələndirildiyi kitab detektiv janrla səsləşirdi. Oxuyanda tez bitirmək istəyirdim, amma Aytəkinin yaşadıqları o qədər ağır idi ki, bir qədər gec qurtardım. Bu mənə
Relslər Üzərinə Uzanmış Adam
Relslər Üzərinə Uzanmış Adam
kitabını xatırlatdı və bir daha anladım ki, tərəflər dəyişsə də, məzlumlar hər yerdə eyni dərddə, müharibə, soyqırım hər yerdə eyni xislətdədir... Oxuyun, oxutdurun...
Ümidlərin İzi İlə
Ümidlərin İzi İləMüşfiq Xan · Xan Nəşriyyatı · 201668 okunma
·
135 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.