Nəğmələr və Adamlar
9/10
·120 syf.··
Beğendi
·
2022 6. kitabı
·
23 günde okudu
·
Okunma: 21 Haziran 2022 21:08
Spoiler Nobel mükakafatı laureatı John Steinbeck kitab həvəskarlarına tanış yazıçıdır. Çoxları onu salxımlar və siçanlarla tanısa da, Steynbekin inciləri haqqında da danışılmalıdır. Onda, kitab nəğməsini oxumağa başlayaq. Zənginliklə xoşbəxtliyin arasındakı əlaqəni bəşər tarixində bir çox insan düzgün anlaya bilmədi. Başa düşmədikləri üçün də mirvarilər həmişə içində şeytanı saxladılar. O şeytanlar isə sərhədlərini mirvaridən də kənara daşıdılar və insanları heyvanlardan fərqləndirdilər. Mirvari isə bu sərhədləri pozan insanların həzin nəğmələrindən danışır. Adi bir insan necə acgözlüyünün qurbanına çevrilə bilər? Kinonun tamaşası belə başlayır, bütün insanlıq da onunla birlikdə rəqs edir. Bütün insanlıq mirvaridən yapışır və onun ətrafında fırlanır. Bütün insanlıq heç kimə lazım olmayan Kinoya mirvari ilə hörmət edir. Tamaşanın əsas hissəsi də burada başlayır. Bütün insanlıq tanrıya sitayiş etdi, daha sonra pula sitayiş etdi, həddindən artıq çox sevdi və hörmət etdi. Pul bizi də elə öyrətdi, biz də böyüdükcə bütün insanlığa - Kinonun heç vaxt bitməyəcək tamaşasına qoşulduq. Biz də digərlərinin ciblərinin böyüklüyünə hörmət etdik, daha sonra maşınlarının, daha sonra evlərinin, daha sonra da qəbirlərinin. Beləliklə insanlara nə Kinonun insanlığı, nə də Zamzanın tənhalığı maraqlı oldu, onlara sadəcə tək şey göründü. Biz düşünərək yox, düşünülərək var olduq. Özümüzü yuxarıda görmək istəyi bizi məhv etdi. Var-dövlətin köləsi olmuş insanlar da daha sürətlə işlədilər, yeni mirvarilər axtarmağa başladılar. Amma iblis Kinonu seçmişdi, inci onunla rəqs edirdi. Kinonun tamaşası burada düyümlənir. Mirvarinin parıltısı təkcə Kinonu yox, bütün insanların gözünü qamaşdırdı. Və hər şey bir anda baş verdi: mirvari Kinonun və bütün insanların qəlbinə yol tapdı. Xəyallara çatmaq üçün bu, Kinonun tək fürsəti idi. Qısqanclıq duyğusu ürəklərdə mirvari ilə qonşu oldu. Kino isə qazılmış bütün quyular arasında tək qaldı, çıxış yolunu isə mirvarinin parıltısı bağladı. İnsanın hissləri necə vəhşiləşə bilər? Bunun cavabı yalnız Kinoda deyil, bütün qalan insanlardadır. Və tamaşanın qəmli hissəsi - çarəsizlik duyğusu. Öz ailəsini xilas edə bilməməyi Kinonu daha da sıxırdı. Bu çarəsizlik də onu daha da qəddarlaşdırırdı. Çirkli dünyada Kino ailəsini qurtarmağa çalışsa da, mirvari hər şeyi onun əleyhinə çevirirdi. Xilasın mümkün olmayacağını anlayan Kinonu çarəsizlik duyğusu bir az da sıxırdı və o, şeytanın nəğməsi ilə rəqs edirdi. Hadisələr sona yaxınlaşdıqca biz əsl var-dövlətin kim olduğunu anlayırıq. Son səhnə isə bizə mənəvi ölümün nə olduğunu hər tərəfi ilə göstərir. Mənəvi ölüm - səssizlikdir, nəğmələrin susması, rəqsin bitməsi, bütün hisslərin yavaş-yavaş yuvasına çəkilməsidir. Bu tamaşa Kino və Yuana üçün bitir, mirvari gəldiyi yerə qayıdır, bizim üçünsə həmişə davam edəcək. Səslənən nəğmə isə Kinonun deyil, qəddarlaşmış insanlığın nəğməsidir. Təmiz hisslərini itirmiş bütün insanlar haqqında bəstələnmiş mahnıdır. "Mirvari" vəhşiliyin və çarəsizliyin hekayətidir. Bütün insanların və çirklənmiş həyatın nağılıdır. Hamımıza tutulmuş güzgüdür. O güzgüdə özünüzə baxın və öz nəğmənizi oxuyun, yüksəkdən oxuyun, bütün insanlıq anlasın ki, siz də "insansınız".
Edebiyat
MirvariJohn Steinbeck · Qanun Nəşriyyatı · 201849,9bin okunma
·
202 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.