Puan vermedi·404 syf.····Okunma: 23 Haziran 2022 18:58 Romanda 2 Türk hökmdarı - Şah İsmayıl Xətai və Sultan Səlimin müharibə meydanında üz-üzə gəlməsi,qardaş qırğınına fərman vermələrindən bəhs olunur.Səfəvi diyarında sünnilər,Osmanlıda isə qızılbaşlar və şiələrin cəzalara məruz qalması,təqib edilməsi ön plandadır.Bundan əlavə,bir də Taclı xatun var:həm şahın,həm də sultanın aşiq olduğu..Yazar bu romanında nə qədər tərəfsiz olduğunu bildirsə də,fikrimcə,Şah İsmayıla daha qərəzli mövqedə olub (qəddar,içki düşkünü,daş qəlbli,ana qatili birisi kimi qeyd edib).Nəysə ki,son bölümdə heç olmasa,Səlimin də mənfi cəhətlərini və səhvlərini qələmə alıb..