Gönderi

196 syf.
9/10 puan verdi
·
Beğendi
Ağ Diş.Bu kitab Jack Londonla ilk tanışlığım oldu.Kitabı çox bəyəndim və böyük bir həyəcan və ürək sıxıntısı ilə oxudum.Bunun üçün kiçik bir incələmə yazmağı qərarlaşdrdım. Kitabda yarı it,yarı canavar olan bir canlının çox çətinliklər görmüş həyat hekayəsindən bəhs edir. Heç bir insan pis və ya yaxşı olaraq doğulmur.Yaşadığı həyat,onu pis və ya yaxşı olmağa vadar edir.Eynilə Ağ Diş kimi. Ağ Dişin yaşadığı həyat,sahibləri tərəfindən gördüyü işgancə ,onu amansız,sərt etmiş,döyüşkən canavara çevirmişdi.Bu canavar heç kəsi sevmir,sevginin nə olduğunu dərk etmirdi.Taki yeni sahibi Skott la tanışana qədər.O,Ağ Dişin dərin hislərini dindirmişdi,nəvazişi gücünə onun zərif hislərini oyatmışdı.Ağ Diş üçün çətin olsa da,bunu yeni sahibi bacarmışdı.Nəhayət Ağ Diş də gördüyü Sevgi qarşısında onun nə olduğunu anlamışdı.. Hər bir canlı Sevgi istəyir,Sevgi ilə gözəlləşir.Fərqi yoxdu bu insan olsun yada heyvan.Her zaman sevib,sevilmek diləyi ilə xoş mütailələr.
Ağ Diş
Ağ DişJack London · Qanun Nəşriyyatı · 202077bin okunma
·
194 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.