Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

Kənd
çaylar axar ağacların içindən, içindən, quruyarlar budaqlar öz ucundan, ucundan, quşlar qorxar buludların köçündən, köçündən, şimşək çaxar göydən qaçar yağışlar, yağışlar. doluşar ot tayasına sərçələr, sərçələr, sərçələr ot tayasında gecələr, gecələr, yorğun sürü axşam kəndə gec gələr, gec gələr, gün batınca kəndə enər yoxuşlar, yoxuşlar. gövşəyərək köks ötürər inəklər, inəklər. boylu gəlin yuyub sərər köynəklər, köynəklər, süfrə üstə pıçıldaşar bəbəklər, bəbəklər. sükut çökər, fikrə gedər baxışlar, baxışlar. səhər günəş qonşu kənddən ucalar, ucalar, oyanmamış hələ həyət bacalar, bacalar, sübhdən qalxıb namaz qılar qocalar, qocalar, diz çökərlər, allah bizi bağışla, bağışla.
·
487 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.