Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

192 syf.
10/10 puan verdi
·
20 günde okudu
Tapılmayanı Axtarmaq
1 - Kış "Birden kaldırımlardan taşan kalabalıkta onun da olabileceği aklıma geldi. İçimdeki sıkıntı eridi." "Yanında oturan T.’yə baxdı. Sıxıntısı hələ də keçməmişdi. “Hələ də keçməyib.” İçindən ona çoxlu məsləhətlər vermək keçdi, amma bunun nə qədər mənasız olduğunu, sıxıntı çəkən birisi olaraq düşündü. Ona baxdı, qaşının üzərindəki xalı öpdü. “Keçər.” Niyəsə cismindəki bu hissəni çox sevirdi. Öz gözünün altındakı xalamı bənzətmişdi yoxsa? T., utancaq gülümsəmə ilə ilk öncə ona baxdı, sonra göz təmasını kəsdi. Sıxıntı çəkən insan, günümüzün ən məşhur xəstəliyi. Bir axtarışda və mənəvi boşluqda olan, dərd insanı. Dolduracaqdı; sevgi ilə bütün boşluqları dolduracaqdı." Daha əvvəl oxuduğu Dostoyevski'nin Ev Sahibesi kitabını çox bəyənməmiş və bundan sonra onu sıxmayacaq fərqli kitab seçmək istəyirdi. Sürməni açdı. Onlarca oxunmamış kitabı gördü. Hamısını anidən oxumaq istədi. (Gözü doymayan bir insanın gördüyü bütün yeməkləri yemək istəməsi kimi.) Aylak Adam. Bunumu oxusam? Atılgan ilə Atay arasında müəyyən münasibət var idi. Atay, kitabını dəyərləndirməsi üçün Atılgan'a göndəribsə, demək onun da yazılarını bəyənib. Kitabı götürdü. Stolun başına keçdi. Bir kitabı oxumazdan qabaq, hər zaman nə olduğu bəlli olmayan düşüncələrə gedib, daha sonra onu oxumanın ağır öhdəliyini hiss etməzmiydi? (Kitab oxumaq, sevgili İ. asan deyil. Kim demişdi bunu? İ. demişdi. Başqa yox, eyni İ.) Kitabı açdı. Oxumağa başladığı günü qeyd etdi. Və sonrakı səhifələrdən birinə bir not: "
Oğuz Atay
Oğuz Atay
okumanın verdiği lezzeti alacağımı düşünüyorum. Bakalım.." (Həmin vaxtlar T.'ni tanımırdı. Tanısa idi, T. ona, türkcə yox azərbaycanca yaz deyərdi.) Oxumağa başlamadan əvvəl saytda azərbaycanlı bir oğlanın bu kitab üçün yazdığı incələməni bir az oxumuşdu. Kitabı bəyənməmişdi. (O bəyənməyib. Məni anlayın sevgili insanlar.) İ. də bu incələmənin ona verdiyi sorğusuz qorxudan çəkinirdi. Ya kitab möhtəşəm olarsa və mən də sırf bu incələməyə görə bəyənmərəmsə? Ən sonda həmin oğlanı bəyənməyib kitabı oxumağa başladı. Yeganə sevgilim, bu qarışıqlıq, inanılmaz! Baş aça bilmədim. Kitabın dilini sevdim, lakin kim nədi, nə kimdi? (Bu yersiz sual hardan çıxdı?) Yenə də kitabda müəyyən axıcılıq tapdı və oxumağa davam etdi. Bir müddət sonra zəng gəldi. Anası. Telefonu götürdü. Hər insanın anası ilə edə biləcəyi, etməyə sahib olduğu o heç nəsiz potensiyal necə gərəkdirdisə, elə söhbət etdi. Sonra ona nə edirsən deyə soruşulduqda kitab oxuyuram dedi. - Nə kitabı? - Yusuf Atılgan - Aylak Adam - Aylak nə deməkdir? - İşsiz, boş-boş gəzən. Bir az təəccübləndi. Çünki hər bir insanın düşünə biləcəyi kimi, anası da bu tip kitabın ola biləcəyinə inanmadı. Kitab, müdriklikdən bəhs edər düşüncəsi var idi hərhalda. Lakin İ. belə düşünmürdü. (Xüsusilə Atay və Bilge Karasu oxumalarından sonra.) Anasına kitabdakı Güler ilə C.'nin münasibətini bəyəndiyini dedi. Aralarında keçənləri sevmişdi. (Halbuki onun da gerçək olmadığını bilirdi.) Onu anlamadı və həmin gündən sonra ətrafındakı insanlara, İ. kitabdakı bir qıza aşiq olub deyəcəkdi. (Qorxdu, çox qorxdu. Bizi anlamayan insanlar, bizə çox zərər verə bilər.) Bu şəkildə yazdıqda Dostoyevski kimi hiss etmirdimi? (Golyadkin) İncələməni yarıda dayandırdı. İşə getməli idi. Orda davam edəcəkdi. İşdəki atmosferi evdəkinə nəzərən bəyənirdi. Evdə dərin bir yalnızlıq, təklik var idi. Lakin işdə çox insan, çox səs-küy. Gəldikdə davam etməyə başladı. Hər zamanki işini görsə belə içində bir sıxıntı var idi. Çünki T. ilə ayrılmaq təhlükəsini yaşayırdı; daha onunla olmanın nə demək olduğunun tam fərqinə varmazkən. Amma kitabı oxuduğu ərəfə hələ də onu tanımırdı. Aylak Adam (C.) bütün anlaşılmaz dəyərlərə, adət və ənənə sayıla biləcək sorğusuz fikirlərə qarşı idi. Beləliklə bütün hər şeyi sorğulayaraq daha yaxşı anlayır, daha yaxşı fikrini inkişaf etdirirdi. 2 - İlkyaz "Nasıl kolayca söyleyiveriyor bunu. Sevmek! Kelimelere herkes kendine göre bir anlam, bir değer veriyor galiba. Bu değerler aynı olmadıkça iki kişi iki ayrı dil konuşuyorlarmış gibi olmuyor mu?" Bir alıntı paylaşarkən T'ni gördü. Hesabına baxdı. (Daha əvvəl də baxmışdı.) Məkan və ixtisas diqqətini çəkdi. Görəsən necə birisidir? Bir insanı daha tanımağa, bir insan daha sevməyə gücüm çatarmı? Təxmin etmədi. Zatən o məqsədlə də nəsə etmədi. Sadəcə sevdiyi bir kitabı başqasının da oxumasını görərək, verilə biləcək ən normal reaksiyanı verdi. (Kimə görə normal İ.? Nəyə görə normal?) O gün T.'ni tanıdı. Həyatında ilk dəfə tanıdığı birisinə qarşı, acılarından, tanış olduğu gün bəhs etdi. Bir az çəkindi. Bunu sevməyənlər də var idi. Gözləmədiyi bir şey də oldu. T. təxmin etdiyindən çox fərqli birisi idi. Təəccübləndi. İnsanlar necə də göründükərindən fərqlidir. T.'də ilk diqqətini çəkən şey onun dözümlü olması idi. Üstəlik, dəyərə, yalnız dəyərlə qarşılıq verirdi. (İçində bir yerlərdə, yenə nəyinsə olmayacağını hiss edirdi, amma bunun dayanılmaz qorxusunu görməzdən gəlirdi.) 3 - Yaz "Yeni bir ateş söndürür başkasının yaktığını, yeni bir acıyla hafifler eski bir ağrı." - William Shakespeare Güler'in C.'nin acılarını söndürməsi kimi, T., İ'nin acılarını dayandırmışdı. Əvvəlki kimi günaşırı problem çəkmirdi. Hər gün bir-birlərini tərifləyər, xallara, dodaqlara iltifat edərdilər. Söz tapmadıqda baxışardılar. Bir güvən problemi, dərin bir boşluq. Lakin, nə olduğu anlaşılmayan bir boşluq, sevgi ilə dolardımı? Həmin vaxt cavabını bilmirdi. T'ni tanıdıqdan sonra bildiyini zənn etdi. Sonra isə başı qarışdı. Onu tanımanın, bilmənin anlıq sevincini yaşayırdı. Bir müddət sonra hər şeyin sıradanlaşacağını bilmirdi. (Bunu T. belə düşünəcəkdi.) 4 - Güz Kendi olarak, sana gelen - Sana gereksinimi olmadan, seni isteyen - Sensiz de olabilecekken, senin ile olmayı seçen - Kendi olmasını, senin ile olmaya bağlayan - O, işte… - Oruç Aruoba Anlaya bilmədiyi bəsit idi. Bir ad, bir bədən. (Ya da C'nin deyimiylə: "Ət.") T. yanında ola biləcəkkən onun getməsi ağır gəlirdi. Yoxsa İ. insanlar yanından getsin deyəmi bütün bunları edirdi? Tam da onu tapmışkən, öz T.'sini itirməyə necə dayanacaqdı? Onsuz da yaşaya bilərdi, amma niyə yaşamalıydı? Fərqli olduğumu düşündü, məni də, münasibəti də fərqli düşündü. Olmadı, insanlar, adətlər, düşüncələr buna əngəl oldu. Uşaqlara xas olduğu iddia edilən, ancaq hər kəsdə belə olduğunu anladığı bir hərəkət etdi. Küsdü. Bir insanı daha tanımağın, onu üzməyin və üzülməyin ağrısını yavaş-yavaş hiss etdi. Həmişəki kimi yenə duyğularını gizlətdi və yenə insanlara, necə də xoşbəxtdir görüntüsünü verdi. Düşün ki, iki insan bir araya gəlir, sevinir, sevilir. Və digər insanlar, digər düşüncələr onları ayırır. Axtardığını tapmayacaqdı. Axtardığı bu dünyadan deyildi. Yeganə sevgilisi, zamandan və məkandan münəzzəh idi. İş yerindən yoldaşı gəldi. Məqsədi bəlli idi. İ. danışsın, o da əylənsin. Danışmadı. İş yoldaşı bir az çəkindi. Yanından getdi. Ona belə etdiyi üçün üzüldü. Ancaq hal-hazırda, hissizliyi daha dərin hiss edirdi. "Sustu. Konuşmak gereksizdi. Bundan sonra kimseye ondan söz etmeyecekti. Biliyordu; anlamazlardı." İncidi. Bundan sonra heç kimə özündən bəhs etməyəcəkdi. Anlamayacaqlardı.
Aylak Adam
Aylak AdamYusuf Atılgan · Can Yayınları · 201959,8bin okunma
·
902 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.