Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri - Hazara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin namina razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isa, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da facia böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür. Ancaq əsərin gedişatında Əmir azda olsa qorxusunu məğlub etmiş və günahını təmizləmişdir . Həsənin oğlu Söhrahıbı Talibanların əlindən qurtarır və bununla yanaşı övladlığa götürür. Və birdə Həsən əslində Əmirin qardaşıdır -ögəy qardaşı . Bunu Həsən bilmir. Əmirə isə atasını dostu Rəhim Xan deyir.