Puan vermedi·464 syf.····Okunma: 05 Temmuz 2022 11:42 "Öldüğümde çok sevdiğim şu kitabın sayfalarını artık çeviremez olacağım,bu yüzden de ölmeden önce hepsini okumuş olmaya dair nafile bir umut besliyorum."
Bəslədiyim bu ümidin yazarla eyni olması onu niyə sevdiyimi bir daha hiss etdirmiş oldu.
Tarixi hadisələrlə, sevgi ilə dolu olan romanda təsvirlərin çox olması gözünüzü qorxuda bilər və ya bu düşüncede ola bilərsiniz. Amma təsvirlər məni yormadı ;bəzən iç dünyamı yansıtan bətimləmələr, bəzən də dövrdə baş verən sıx siyasi-hüquqi hadisələr yer alırdı...
Mrs.Luice, uzun illərdən sonra bilinməz bir keçmişə sahib atasını tapır. Zamanın verdiyi ağrı-acı ilə atası bir travma yaşamış olur və bunun üzərinə əsərin başlanğıcı qoyulur. Bu tavmanın səbəbini isə əsərin sonlarına yaxın biləcəyik.
"Iki Şəhərin hekayəsi" romanı, sevgi və demokratiya lehinə üsyan mövzusu ilə yanaşı, fəhlə təbəqəsinin real həyatını, aclıqdan "ot yemələri" lazım olduğunu söyləyən burjuaziya təbəqəsi ilə savaşını və s. özündə birləşdirirdi.
Romanda söhbət gedən "Iki şəhər" İngiltərə və Fransadır. Fərqli şəhərlərdə dünyaya gələn Luice və Darnayın iztirablarından yoğrulan sevgiləri, həmin dövrdə baş verən hadisələrə qurban gedecekmi? Oxuduğunuz zaman biləcəksiniz :).
Sonda veriləcək qərardan əmin ikən, heç də gözlədiyim kimi olmadı. Sonluğu oxuduqdan sonra kitabı buraxmaq istəmədim..
Əsəri oxuyarkən arxa fonda dinlədiyim musiqiləri sizinlə də bölüşürəm. Məncə əsəri daha təsirli edir, təxəyyüldə film dövr edir ;
• Compassion- İlya Beshevli
• Kavuşma - Taş ev
• Solitude - Chafa
• Isolated ııı- Roberto Attanasio.
~Xoş mütailələr.