Gönderi

384 syf.
6/10 puan verdi
·
Beğendi
Əgər bir yəhudi ailəsinin, yeniyetmənin müharibədə sığınacaqda nələr yaşadığını bilmək istəyirsinizsə, 13 yaşlı yəhudi qızı Anna Frankın gözüylə, onun qələmiylə yazılmış gündəliyi oxumağı tövsiyə edirəm. Kiti - Annanın gündəliyinə verdiyi ad, çünki ona dostu olaraq yanaşırdı. Az yaşı olmasına baxmayaraq, Annanın belə dərin, fəlsəfi və anlamlı baxış bucağını oxuduqca təəccüblənməmək əldə deyil. Düşünürəm ki, və hər dəfə bir daha əmin oluram ki, elə anlamlı düşüncələr ancaq çətin həyat keçən insanlarda səmimidir. Hətta ən güclü empati hissinə sahib birisi də qarşısındakının yaşadığını yaşamayıbsa tam anlaya bilməz. O qədər çətinliyə rəğmən öz ümidini, arzusunu, gələcəyə inamını itirməyən yeniyetmənin əlindən gəldiyi qədər özünü psixoloji olaraq hazırlayaraq həyata tutunmasını oxuyacaqsınız.
Gündəlik
GündəlikAnne Frank · Qanun Nəşriyyatı · 07,5bin okunma
·
106 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.