Gönderi

Onu yeraltına kim məhkum edib: özü yoxsa insanlar?
8/10
·140 syf.··
Beğendi
·
2021 101. kitabı
·
6 günde okudu
·
Okunma: 17 Kasım 2021 20:31
Onu bir dəfə də olsa görmədim və onunla heç danışmadım amma indi o öləndə, birdən anladım ki, Dostoyevski mənə ən yaxın, ən qiymətli və ən gərəkli insan imiş..." ( Lev Tolstoy) Dostoyevskini nə zaman oxumalı, deyə düşünsəm...Cavabım soyuq, yağışlı bir gün olar. Çünki onun qəhrəmanları o qədər soyuqdular ki.Həqiqət kimi insanların qanını donduran soyuqluğa malikdilər. Və bəlkə də hər birimizin içində bir "Dostoyevski" var.Və bu yaşa dolduqca və düşündükcə özünə əsir edir bizləri. Əsərin baş qəhrəmanı insanlardan uzaqlaşıb öz yeraltı dünyasına(hansı ki,hər düşünən insanın belə bir dünyası ələxsus vardır) sığınır.Və onun bunları yazmaqda məqsədi heç də kimsə oxusun mənası kəsb etmir...Qəhrəmanın özünə ünvanlandığı sual məncə Dostoyevskinin də bəzən özünə ünvanlandığı sualdır : "Bu qeydləri yazmaqdakı əsas məqsədim nədir? Səbəb oxucular deyilsə, xatirələrimi kağıza tökmədən zehnimdə də tuta bilərdim doğrumu?" Xüsusilə yeraltına sığınmadan öncəki həyatı oxucunu üzür. Kimsə tərəfindən sevilməyən qəhrəmanın özünəqapanıq olmasının səbəbi sevgidən ac olmasıdır.Amma o heç də açıq-aşkar bunun məhz belə olduğunu demir. Əgər "Cinayət və cəza"da Raskolnikov sonda adiləşir( hamılaşır) və sanki Dostoyevskinin yaratdığı obrazdan çıxaraq hamının yaratdığı ədəbi qəhrəmana çevrilir...Yeraltından qeydləri yazan adsız qəhrəmanımız isə adiləşmir ancaq insanlarla daha yaşaya bilmir. O insanlar arasında tənhadır.Çünki o DÜŞÜNMƏK xəstəliyinə tutulub. Amma İnsanlarsız yaşamaq olarmı?! Elə onun bunları nota alması sübut edir ki, o da insanlarsız yaşaya bilmir və əslində güman edir ki bir gün onun yazdıqlarını oxuyacaqlar.Demək ki, onun içində insanlığa dair nə qədər nifrət olsa da həm də bir ümid var. Liza ilə xoşbəxt ola bilərdi.Və belə olmasını çox istədim. Amma belə insanlar xoşbəxt ola bilməzlər. Düşünmək kimi əzabdan qurtula bilmir.Və bu düşünmək bəlası həqiqəti acı sərt halda insanların üzünə vurması onu xoşbəxt etmir. "Məncə, bunları yazmaqla səhv eləmişəm. Açığı, bunları yazan vaxt utanırdım, bu ədəbiyyat yox, cəza idi. Axı öz gizlin hücrəsinə çəkilib yaratdığı dünyada yaşayan, öz hirsində, kinində boğulan adam haqqında yazılan roman nə dərəcədə maraqlı ola bilər? Romanda gərək qəhrəman olsun, mənsə antiqəhrəmanın özəlliklərini yazmışam. Biz yaşamağı yadırğamışıq, hamımız axsayırıq, yaşaya bilmirik, bu söz bizim üçün o qədər yadlaşıb ki, hətta kimsə yanımızda həyat sözünü işlədəndə hirslənirik. O dərəcəyə çatmışıq ki, həyatı əzab kimi, vəzifə kimi təsəvvür edirik və hamımız kitabların həyatdan daha yaxşı olduğunu fikirləşirik. Axı biz nə istəyirik? Heç özümüz də bilmirik. İstəklərimiz yerinə yetsə özümüz üçün pis olacaq. Siz bir yoxlayın, bizə imkan yaradın, əhatə dairəmizi genişləndirin, onda, necə geriyə qayıtdığımızı görəcəksiniz. Bilirəm, yəqin ki, mənə hirslənəcəksiniz, deyəcəksiniz ki, öz adından danış, hamının adından danışmağa cəsarət etmə. İcazə verin, cənablar, bununla özümü təmizə çıxartmaq istəmirəm. Həyatınızda çox şeyi axıracan etməyə cəsarətiniz çatmayıb, mən isə hamısını axıracan eləmişəm, üstəlik, siz qorxaqlığınızı xeyirxahlıq kimi qələmə vermisiniz, özünüz özünüzü aldatmısınız. Belə baxanda, sizdən daha “canlıyam”. Diqqətlə baxın. Kitablarımızı əlimizdən alsalar biz çaşıb qalarıq, nə edəcəyimizi bilmərik. Çünki həyat, yaşamaq, bizim üçün yerini bilmədiyimiz sirrli birşeydir. Biz, hətta insan olduğumuzu da yaddan çıxartmışıq. Biz, ölü atalardan doğulan ölü insanlarıq."( əsərdən) Üzümüzə çırpılan bu acı həqiqətlərə görə bəlkə də bu qəhrəmandan qaçırıq.Və o bizim antiqəhrəmanımıza çevrilir. Və düşünürəm: Görəsən onu yeraltına kim məhkum edib: Özümü ya insanlarmı?!
1000Kitap
Yeraltından NotlarFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025159,4bin okunma
·
220 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.