Puan vermedi·511 syf.····Okunma: 14 Temmuz 2022 16:29 "Həyat mürəkkəb qərarlar qəbul etmək zərurətiylə zəngindir. Kim bu cür qərarlar qəbul etməyə qadirdirsə, o da qalib olur."
Seçdiyimiz qərarlarımız şəxsiyyətimizi formalaşdırır və kim olduğumuzu müəyyən edir.
Lakin, bəzən veriləcək qərar səni ikiləmdə qoyur ; sevdiyin birinin həyati təhlükəsi və dünyanın açarının əlində olması.
Seçim sənə məxsusdur ; ya məhv et, ya da bəxş et.
Əsərin əsas konflikti də bu hissədir deyə bilərəm,kulminasiya və düyünün açılması.
Süjet və mövzu o qədər axıcı idi ki, kitabı buraxmaq istəmirdim. Amma hər gözəl hekayənin də bir sonu var. Yazar yenə də tərs köşə elədi belə olacağını düşünməmişdim.
Mövzusu: NASA, Yer kürəsində kosmosdan gələn meteorit aşkar edir və Yerdən əlavə həyat olduğunu kəşf edir. Və bunu prezident dünya mediasına bildirmək istəyir. Lakin, bəzi müəmmalar tədqiqatçılar tərəfindən öyrənilərsə, bu heç də onların xeyrinə işləməz və həyati macəraları burdan başlayar...
Dan Brown'dan oxuduğum 2ci əsər idi və yazarın üslubunu çox bəyənirəm. Hansı ki, sujet ilə yanaşı, daima elmi məlumatlar verir, bu bəzilərinizi sıxa bilər, ancaq, məncə, yazarı oxumağa qərara alırsınızsa, buna da hazırlıqlı olmalısınız. :)
Onu da qeyd edim ki, kitabdan film çəkilsə, IMDb rəqəmi yüksək olacaqdı.