Gönderi

Puan vermedi·244 syf.··
2022 31. kitabı
·
4 günde okudu
·
Okunma: 15 Temmuz 2022 01:45
Əsərin bədii cəhətlərindən danışası olsaq, fikrimcə, o qədər də yüksəkdə deyil. Ən azından ona görə ki, əsəri oxuyanda məzmun cəhətdən çatışmazlıq və dolğunluğunda natamamlıq hiss etdim. Bununla belə, "hər şeyi inkar edən adamın ölüm tərəfindən inkar edilməsi" maraqlı bir motiv olaraq görülə bilər. Əslinə qalsa isə, Bazarov əgər yatalaqdan ölməsə idi, Bazarov olmazdı, o cəhətdən ki, Anna Sergeyevna ilə olan münasibəti onun bütün düşüncə sistemini bünövrəsindən zədələmişdi. Bazarov, sadəcə, özünün xanım Sergeyevnaya dediyi kimi "Siz sevmək istəyirsiniz, ancaq siz sevə bilməzsiniz" sözlərinin bir az fərqli formada və mahiyyətdə olsa da, özünə də aid olduğunu biləndə, artıq ölmüşdü, cəsədi isə yatalaqdan öldü adı ilə basdırılmışdır. Bəli, elə beləcə.
Atalar və OğullarIvan Turgenyev · Qanun Nəşriyyatı · 202455,8bin okunma
·
98 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.