Gönderi

Yolçu
Puan vermedi·560 syf.··
2022 16. kitabı
·
36 günde okudu
·
Okunma: 17 Temmuz 2022 22:00
Salam kitab əhli. “Yolçu” haqqında fikirlərimi bölüşməmişdən öncə, qeyd edim ki, nədənsə yazarın kitablarını oxuyan çox az oxucu görürəm. Amma, çox istəyərdim bu əsəri ilə tanış olasınız. Bu romanı ərsəyə gətirmək üçün 30 ilini verib və məlum məsələdir ki, tarixi faktlardan istifadə edərək yazıb. Çox məhsuldar yazıçıdır və zəngin biliyi sayəsində belə maraqlı, tarixi şəxsiyyətlərin olduğu, real hadisələrə əsaslanan roman-səlnamə yazıb yaradıb. Əbdülrəhmanlının bir neçə romanları, hekayələri, povestləri və tərcümə olunmuş (xarici ədəbiyyat) kitabları var. O yazıçı, Publisisit, eyni zamanda, kinossenarist kimi də fəaliyyət göstərir.   Keçək romana. Yolçu romanı bir həyat hekayəsədir. Ömrünün 50 ilindən çoxunu yollara həsr etmiş, vətən niskilli Mirzə Yusifin həyat hekayəsi. 7 yaşında ailəsində baş verən bədbəxtçilik nəticəsində, Yusif yetim qalmış, Tiflisli Görgü ağanın (Qriqol Eliqulaşvili) himayəsinə sığınmış, daha sonar isə o ailənin köməyi ilə Parisə təhsil almağa gedib. Əslində, həyatının dönüm nöqtəsi də elə Parisə getməklə başlayır. Kitabın sonluğu mənə o qədər təsir etdi ki, göz yaşlarımı saxlaya bilmədim. Haqqını vermiş yazar. “Yolçu” tarixi səlnamədir və 18-ci əsri əhatə edir. Romanda Şah İsmayılın qurduğu Səfəvi xənadanın dağılması, az qala dünyanın yarısına sahib çıxan, özünü ikinci İsgəndər və Allahın kölgəsi adlandıran Nadir şahın hakimiyyət illəri, onun Əfşar imperiyasını yaratması, o illərdə baş verən döyüşlər, ölkələri fəth etməsi, dövlət quruculuğu işləri, məğlubiyyət və qələbələr, qorxu və iztirablar, satqınlıqlar, xəyanətlər, ermənilərin torpaq hay-həşirləri və bu kimi tarixi dövrü əhatə edən mövzular yer alıb. Təkcə Nadir şah yox, eyni zamanda həmin dövrün digər tarixi şəxsiyyətlərindən də söhbət açılır. Və bütün bu hadisələr ölkə-ölkə, diyar-diyar gəzmiş, ömrünü yollara, səyahətlərə həsr etmiş Yolçumuz Mirzə Hüseynin gözü qarşısında baş verir. O gördüklərini, yaşadıqlarını, baş verən tarixi hadisələri qeyd edir, yazır. Ən çox diqqətimi çəkən yazıçının ermənilərlə bağlı çoxlu faktlardan istifadə etməsi və onlar haqqında bəzi məqamları yazmağı idi. Albanların kilsələrini özəlləşdirməyinimi deyim, hökmdarlara verdikləri bəxşişlərin əvəzində torpaqlar alıb ərazilərini genişləndirməklərinimi deyim, yoxsa insanları öz xeyirləri naminə şərləyib istədikləri hər şeyə nail olmaqlarınımı deyim? İnanın o qədər faktlar yazılıb ki, onlar haqqında oxuduqca Mirzə Yusif qədər əsəb keçirirdim. Və bu romandan sonra bilmişəm ki, sən demə Şah Abbasın anasının qanında erməni qanı var imiş. Onun hakimiyyəti dövründə yüksək vəzifələri ermənilərə veribmiş. Amma təbii ki, ümumi məzmun tək bundan ibarət deyil. Bu yolçuluq ərəfəsində həm də, Mirzə Yusifin həyat hekayəsi ilə tanış oluruq. Nakam sevgisini, yarımçıq qalan arzularını, ömrü boyu vətəni Tiflisə qovuşmağa can atan, yanıb alışan həsrətini, ömrün heç nəyə vəfa etmədiyini oxuyuruq. Mirzə Yusifin yaddaşına, savad və biliyinə heyran qaldım. Şeirə, sənətə olan bağlılığı, yaş neçə olursa olsun öyrənmə çabası, vəfası, dostluğu, insanlarla olan rəftarı mənə xoş təsir bağışladı. Ən çox da Mirzə Mehdiylə olan dostluq bağları Oxuyub bitirəndən sonra Mirzə Yusiflə bağlı o qədər qarışıq düşüncələrim oldu ki. Məsəlan kaş Züleyxayla qovuşardı, Davudla yenidən qarşılaşa biləydi. Davud onu himayə edən Tiflisli Görgü ağanın oğlu idi. Ya da Parisə getməsəydi həyatı necə olardı? Qarşılaşdığı çətinliklərdən çıxa bilməsəydi necə olardı? Çox suallar yaransa da, cavablarını xəyalən özüm Mirzə Yusufin dünyasında yaratdım. Marağımı çəkən isə Mirzə Yusifin insanlara tez bağlanması idi. Amma yenə də ayrılıq həyatının bir parçasına çevrilmişdi. Qarşılaşdığı insanlar isə doğrudan da vəfalı dostlar idi. Mirzə Kəmaləddinlə olan dostluq bağı, Mirzə Kazıma bağladığı atalıq hissi, Qütbəddinlə olan münasibəti onun nə qədər sevgi canlısı biri olduğunu göstərir. Çox təssüf ki, ömrü yollarda keçdiyi üçün özünə həyat qura bilmədi. Mənə görə çox maraqlı, araşdırmalı kitab oldu. Siz də şans verin bu əsərə
Tarihi Roman
YolçuNəriman Əbdülrəhmanlı · Qanun Nəşriyyatı · 20135 okunma
·
189 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.